“Artıq darıxıram, amma bilirəm ki, doğru addım atdım” - MESSİ
Səkkiz qat “Qızıl top” mükafatının sahibi Lionel Messi Argentina milli komandasındakı çıxışlarını başa vurmaq qərarını tamamilə doğru hesab etdiyini bildirib.
Əfsanəvi hücumçu bu barədə öz sosial şəbəkə hesablarında duyğusal paylaşım edib.
Messi vida mesajında bu sözləri qeyd edib:
“Bu, mənim son oyunum idi və mən artıq darıxıram. Bilirəm ki, doğru qərar verirəm.
Bu, sevinclərlə, həm də bəzi kədərlərlə dolu inanılmaz bir yol idi, lakin dəqiq bilirəm ki, atılan hər bir addıma dəyərdi.
Milli komandanın formasını geyinmək vaxtı çatanda hisslərimə həmişə hörmətlə yanaşdıqları və özümü ölkəmə həsr etməyə imkan verdikləri üçün oynadığım bütün klublara təşəkkür edirəm”.