Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bu azarkeşlik məni bəlaya düçar edib... -
Bu azarkeşlik məni bəlaya düçar edib... -
Ana səhifə

Bu azarkeşlik məni bəlaya düçar edib... - KÖŞƏ + FOTO

Xpress.az Redaksiyası 02.10.2026 10:21

İlk dəfədir özümə heyfim gəlir.

23 ildir futbol jurnalistikasındayam, ilk dəfədir bu qədər məyusam, özümə heyfim gəlir.

Ona görə yox ki, bu gün hansısa cırtdan futbol ölkəsinə qalib gələ bilməmişik.

Ona görə ki, 30 il əvvəl də belə idi, indi də belədir. 28 il əvvəl də bu lixtlərə uduzurduq, indi də uda bilmirik. Məsələ sırf nəticədə də deyil. Udarsan da, yaxşı günün olmaz uduzarsan da. Lap ən həvəskar komandaya belə. Amma bu proses 30-35 ildir davam edirsə, heç nə dəyişmirsə, adamın lap ağlamağı gəlir. Bu gün ağladım da. İçimdə ağladım, kənara bildirmədim, amma hönkür-hönkür ağladım.

Çünki bu işə, bu yola ömrümü qoymuşam. Yaxınlarım, dost-tanışlarım bilir ki, hansı təkliflərdən imtina etmişəm, daha yaxşı pul qazana biləcəyim, karyera qurub irəli gedəcəyim işlərdən imtina edib bura tam gücümü vermişəm.

Mən bu işlə, futbolla, Azərbaycan futbolu ilə yaşayan, nəfəs alan adamam. Həyatda bundan başqa heç nə məni maraqlandırmır. Bunun üçün ömrümü yollarda keçirirəm, gecəmi-gündüzümə qatıram, heç kimin vecinə olmayan, qeyri-peşəkarlığın fırtına kimi dövran etdiyi camiədə nəyisə düzəltmək üçün var gücümü qoyuram.

Təbii ki, işimdir, etməliyəm. Amma ilk dəfədir ki, bu gün bu qədər əziyyətimə heyfim gəldi.

Vallah, evimə çörək almağa pulum olmadığı vaxtlarım olub, amma mübarizəmdən çəkilməmişəm, ideya adamı olmuşam, ideyama ailəmi qurban verməyə hazır olmuşam.

Heç vaxt buna görə heyfsilənməmişdim. İlk dəfədir ki, bu hiss mənə qalib gəlir.

Milli ağrıtdı məni.

Bu forma mənim üçün həmişə müqəddəs olub. Onu geyinən ən yararsız birinə belə həsəd aparmışam, onun dünyanın ən xoşbəxt adamı olduğunu düşünmüşəm. Bu forma, bu komanda mənim sevgimdir. Jurnalist olmaqdan öncə, mən bir futbol azarkeşiyəm. Bu millinin, bu formanın, bu komandanın azarkeşi. Bu azarkeşlik məni buralara qədər gətirib, bəlaya düçar edib...

Bəladır. Çünki qoyub getmək olmur. Adam sevgisini necə qoyub gedər? Hara gedim? Gedim bankda işləyim bundan sonra? Məhv olum orda futbolsuz, millisiz, sevgisiz?

Bacarmaram. Təsir edən də odur ki, gedə bilmirsən. Qalanda da ağrıdır, ağladır adamı...

Nə deyəsən, nə yazasan...

Bu qədər müddət ərzində millidə 15 baş məşqçi görmüşəm! 15 nəfər! Yerlisi, xaricisi, dəlisi, ağıllısı, düzü, səhvi... 15 baş məşqçi!

Nəsə dəyişib o vaxtdan? Heç nə.

Bu qədər müddət ərzində bir qoşun futbolçu keçib millidən. Topalı, başıxarabı, əyrisi, düzü...

Bu qədər müddət ərzində 4 AFFA prezidenti, 4 baş katib, 7 mətbuat katibi, sayını xatırlamadığım vitse-prezident, İcrakom üzvü, digər vəzifəli şəxs görmüşəm.

Nəsə dəyişib o vaxtdan? Heç nə dəyişməyib. Onda da yerin dibindəydik, indi də dibindəyik.

Dəyişən heç nə yoxdursa, onda biz niyə bu işlə məşğuluq?

Ay "bu məşqçini qovmaq lazımdır", ay nə bilim, "filan futbolçunu qovmaq lazımdır", ay "filan rəhbəri qovmaq lazımdır"...

23 ildə bu cümlələri 23 min dəfə eşitmişəm. Demişik, səs eləmişik, küy eləmişik. Amma heç nə dəyişməyib.

Dəyişənə də oxşamır.

Kənan MƏSTƏLİYEV

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

05.10.2026 19:36 Təhsil

Bakıda məktəbli qətlə yetirilib,

05.10.2026 18:00 Hadisə

Görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir

05.10.2026 17:47 Mədəniyyət

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak edib -

05.10.2026 17:41 Gündəm

Rusiya Xarkovu vurdu:

05.10.2026 17:11 Dünya

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək -

05.10.2026 16:53 Cəmiyyət

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılışını izləyib

05.10.2026 16:43 Siyasət

Ad günündə özünə bahalı “Ferrari” hədiyyə etdi

05.10.2026 16:25 İdman

Bakıda torpaq sahələrinin qiyməti 17 % artıb -

05.10.2026 16:05 İqtisadiyyat

Siyəzəndə narkotiklə bağlı 14 nəfər tutulub

05.10.2026 15:51 Hadisə

Tanınmış aktyor vəfat etdi

05.10.2026 15:04 Dünya

Beynəlxalq Müəllimlər Günü Mingəçevir Dövlət Universitetində yeni tədris imkanları ilə qeyd olunub: Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub

05.10.2026 13:51 Təhsil

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

05.10.2026 13:40 Gündəm

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

05.10.2026 13:23 Siyasət

Tarixin səssiz qadınları: Meri Anderson və Şarlotta Bridqvud -

05.10.2026 13:14 Maraqlı

Sabah Bakıya yağış yağacaq

05.10.2026 12:50 Cəmiyyət

İlham Əliyev Avstriya səfirini qəbul edib

05.10.2026 12:23 Siyasət

İsraildə bayraqlar yarıya endirildi

05.10.2026 11:32 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək