Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Persil", "Ariel", "Tide", yoxsa "Aist"? –
"Persil", "Ariel", "Tide", yoxsa "Aist"? –
Cəmiyyət

"Persil", "Ariel", "Tide", yoxsa "Aist"? – Ən effektiv yuyucu tozlar bəlli oldu

Xpress.az Redaksiyası 29.09.2026 10:21

Rusiyada Roskachestvo rəngli paltarlar üçün nəzərdə tutulmuş 20 adda yuyucu toz markası üzərində növbəti araşdırmasını yekunlaşdırıb.

Xpress.az xəbər verir ki, mütəxəssislər yuyucu vasitələrin yuma keyfiyyətini, parça üzərindəki təsirini, köpüklənmə səviyyəsini, yaxalanma sürətini və çətin ləkələrlə mübarizə qabiliyyətini qiymətləndiriblər. Testlər zamanı xüsusilə köhnəlmiş və davamlı çirklənmələrə diqqət yetirilib.

Liderlər: Zülal və yağ ləkələrinə qarşı ən effektiv tozlar
Sınaqların nəticələrinə əsasən, reytinq cədvəlinə Persil və Index brendləri başçılıq edir:

Persil (4.5882 bal): Siyahıda ilk pilləni tutur. Xüsusilə zülal ləkələrinin təmizlənməsində yüksək səmərəlilik (109%) nümayiş etdirib. Həmçinin nişasta mənşəli ləkələri standartlara uyğun təmizləyən nadir məhsullardandır.

Index (4.5882 bal): Persil ilə eyni balı toplayan bu brend, piqment-yağ ləkələrini tələb olunan səviyyədə təmizləməyə müvəffəq olan yeganə toz olub. Zülal ləkələrində 94% nəticə göstərən "Index", motor yağı və çay ləkələrinin öhdəsindən gəlməkdə də fərqlənib.

Aist Color (4.4853 bal): Zülal ləkələrində 109% nəticə verərək üçüncü pillədə qərarlaşıb. Motor yağı, habelə qan və süd ləkələrinin təmizlənməsində (83.8%) ən yaxşı göstəricilərdən birini təqdim edib.

Orta-yüksək xal toplayan Ariel, BiMax, Synergetic və Tide brendləri isə 4.3824 bal alıblar. Xüsusilə "Ariel" motor yağı və nişastalı ləkələrdə (sıyıq, kartof, sous), "BiMax" isə zülal ləkələrində (85%) uğurlu nəticə göstərib.

Reytinqin sonundakılar: Parçanı sərtləşdirən və ləkə saxlayanlar
Araşdırmanın nəticələrinə görə en aşağı göstərici — 3.9706 bal — Biolan, Mara, Myth, ABC və Sorti brendlərinə nəsib olub.

Bu qrupdakı bəzi məhsullarda ciddi zəif cəhətlər üzə çıxıb. Məsələn, "Mara" piy ləkələrini təmizləməkdə zəif nəticə göstərib. "Mara", "ABC" və "Sorti" məhsullarının tərkibindəki yüksək kül göstəricisi isə defəfərlərlə yuyulduqdan sonra parçaların sərtləşməsinə səbəb olur.

Ekspertlər bildirirlər ki, yuyucu toz seçərkən yalnız ümumi bala deyil, məhsulun hansı spesifik ləkə növünə (yağ, zülal və ya nişasta) qarşı daha təsirli olmasına diqqət yetirmək vacibdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək