Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ qüvvələri 20 ildən sonra İraqı tərk edir
ABŞ qüvvələri 20 ildən sonra İraqı tərk edir
Dünya

ABŞ qüvvələri 20 ildən sonra İraqı tərk edir

Xpress.az Redaksiyası 29.09.2026 15:24

ABŞ qüvvələrinin İraqdakı son hərbi bazalardan çıxarılması sentyabrın 30-dək tamamlanacaq.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın İraqdakı 20 ildən çox davam edən hərbi iştirakı zamanı 4 500 amerikalı həlak olub.

İranın dəstəklədiyi silahlı qruplar ABŞ qüvvələrinin İraqdan çıxmasını “tarixi qələbə” və “Amerika layihəsinin sarsıdıcı məğlubiyyəti” kimi qiymətləndiriblər.

Bununla belə, İraqın təhlükəsizlik rəsmiləri ABŞ qüvvələrinin ölkədən çıxmasının vaxtından əvvəl olduğunu bildirirlər. Onların sözlərinə görə, İraq təhlükəsizlik məsələlərində tam müstəqil fəaliyyət göstərməyə hələ hazır deyil və ABŞ qüvvələrinin çıxarılması təhlükəsizlik boşluğu yarada bilər.

“Reuters“ qeyd edir ki, ABŞ qüvvələri 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsi məqsədilə İraqa daxil olub. 2011-ci ilin sonunda ölkədən çıxan ABŞ hərbçiləri 2014-cü ildə İŞİD-lə mübarizə çərçivəsində yenidən İraqa qayıdıblar.

Məlumata görə, bu il İranla müharibə zamanı həlak olan 18 ABŞ hərbçisindən 7-si İraqda ölüb. Sonuncu ABŞ hərbçisi iyul ayında Ərbil yaxınlığındakı bazada İran PUA-sının qalıqlarının partladılması zamanı həlak olub.(apa)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək