27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
"Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda 27 Sentyabr – Anım Günü münasibətilə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlərimizin işıqlı xatirəsinə” adlı anım tədbiri keçirildi.
Xpress.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra Qoruğun baş memarı Sehran Məmmədov, şəhid Toğrul Nağıyevin anası Əntiqə ana və şəhid Cavidan Məmmədlinin anası Xatirə ana ürək sözlərini bölüşərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Rəsmi hissədə Qoruğun bələdçisi Nicat Aslansoy və kadrlar üzrə mütəxəssisi Reyhan Məmmədova çıxış edərək şəhidlərimizin həyat yolu, qəhrəmanlığı və Vətən qarşısında xidmətlərindən bəhs etdilər.

Tədbirin ikinci hissəsində iştirakçılara “Hadrut, sən azadsan!” adlı sənədli film təqdim edildi. Film Vətən uğrunda mübarizəni, əsgər və zabitlərimizin qəhrəmanlığını və xalqımızın birliyini əks etdirdi.
Tədbirin aparıcılığını Qoruğun bələdçisi Rəvanə Əzizova, moderatorluğunu isə Qoruğun bələdçisi Pərviz Əfəndizadə həyata keçirdi. Vurğulandı ki, Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

- MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!
Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM
Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək. - www.sualcavab.com
WhatsApp: +994 10 526 82 79 - Instagram: onlayn_sualcavab