Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili...
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
Gündəm

Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur

Xpress.az Redaksiyası 25.09.2026 17:36

Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur.

Bunu Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatının təsisçisi və sədri Rəna Qafarova II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Afrika və Azərbaycanı birləşdirmək: İnvestisiya, ticarət və artım” adlı panel sessiyada deyib.

O bildirib ki, gələcəkdə Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili planlaşdırılır.

“Ethiopian Airlines ilə görüşlərimiz var və gələcəkdə Azərbaycandan Afrikaya çarter reyslərinin təşkilini nəzərdə tuturuq. Bu reyslər AZAL və ya “Ethiopian Airlines” tərəfindən həyata keçirilə bilər. Bildiyiniz kimi, “Ethiopian Airlines” Afrikanın ən böyük aviaşirkətidir”, – Rəna Qafarova qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək