Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə ye...
Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə yeni metodoloji yanaşma
Mədəniyyət

Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə yeni metodoloji yanaşma

Xpress.az Redaksiyası 24.09.2026 17:06

Dosent Aynur Qəzənfərqızının “Rəqəmsal folklorşünaslıq: Metodologiya və tətbiq” adlı kitabı nəşr olunub.
Azərbaycan folklorşünaslığında rəqəmsal metodların tətbiqi istiqamətində yeni elmi nəşr işıq üzü görüb. Xəzər Universitetinin Mədəni Antropologiya və Folklor İnstitutunun əməkdaşı, dosent Aynur Qəzənfərqızının müəllifi olduğu “Rəqəmsal folklorşünaslıq: Metodologiya və tətbiq” adlı kitabda folklor materiallarının rəqəmsal mühitdə toplanması, strukturlaşdırılması və təhlili üçün müasir metodoloji yanaşmalar təqdim olunur.
162 səhifəlik nəşrin əsas məqsədi rəqəmsal texnologiyaları folklorşünaslığın ənənəvi tədqiqat üsullarının alternativi kimi təqdim etmək deyil. Kitabda rəqəmsal metodların folklorşünasın tədqiqat imkanlarını genişləndirən effektiv vasitə kimi nəzərdən keçirilməsi ana prinsip kimi irəli sürülür. Bu yanaşmaya əsasən, kompüter böyük həcmli materialda müəyyən tezlikləri, əlaqələri və struktur xüsusiyyətlərini üzə çıxara bilsə də, həmin nəticələrin folklorşünaslıq baxımından mənalandırılması yenə də tədqiqatçının filoloji, tarixi və mədəni biliklərinə söykənir.
Kitabda xüsusilə mətnlə rəqəmsal verilənlər arasındakı keçid məsələsinə diqqət yetirilir. Folklor mətninin rəqəmsallaşdırılması yalnız onun elektron formaya keçirilməsi ilə məhdudlaşmır. Burada məlumatların təmizlənməsi, tokenləşdirilməsi, lemmatlaşdırılması, annotasiyası və korpus şəklində strukturlaşdırılması kimi mühüm mərhələlər də nəzərdən keçirilir. Bu proses folklor materialının sonrakı hesablama təhlili üçün uyğun verilənlərə çevrilməsini təmin edir.
Nəşrdə korpus təhlili və semantik kodlaşdırma ilə yanaşı, şəbəkə analizi də folklorşünaslıq tədqiqatlarının metodoloji imkanlarından biri kimi təqdim olunur. Personajlar, motivlər, hadisələr və digər elementlər arasında müəyyən edilmiş əlaqələrin şəbəkə modeli şəklində qurulması böyük həcmli folklor materialında ayrı-ayrı münasibətlərin daha geniş miqyasda araşdırılmasına imkan yaradır. Bununla belə, kitabda xüsusi olaraq vurğulanır ki, qrafik və ya şəbəkə modeli öz-özlüyündə yekun elmi nəticə deyil; nəticənin elmi əhəmiyyəti onun hansı tədqiqat sualı, verilənlər və metodoloji qərarlar əsasında qurulmasından asılıdır.
Kitabın praktiki hissəsində Voyant Tools, Gephi və Python kimi rəqəmsal alətlərin folklorşünaslıq tədqiqatlarında istifadə qaydaları nümayiş etdirilir. Müəllif proqram təminatı ilə metodologiyanı bir-birindən fərqləndirərək vurğulayır ki, istifadə olunan alət tədqiqatın məqsədini müəyyən etmir. Əsas məsələ konkret folklorşünaslıq probleminin hansı verilənlər və metod vasitəsilə daha sistemli şəkildə araşdırıla biləcəyidir.
Nəşrin bir hissəsi türk folklorunda motivlərin rəqəmsal təhlilinə, digər hissəsi isə şəbəkə analizinin nəzəri və metodoloji əsaslarına həsr olunub. Kitabda mərkəzilik göstəriciləri, dinamik şəbəkə analizi və zaman-məkan modeli kimi məsələlər də əhatəli şəkildə araşdırılır. “Kitabi-Dədə Qorqud” dastanlarının materialları əsasında qurulan rəqəmsal şəbəkə modeli isə metodoloji yanaşmanın konkret folklor materialı üzərində tətbiqini aydın nümayiş etdirir.
“Rəqəmsal folklorşünaslıq: Metodologiya və tətbiq” kitabı rəqəmsal humanitar elmlərə yeni başlayan tələbə və tədqiqatçılarla yanaşı, folklorşünaslar, filoloqlar və mədəniyyətşünaslar üçün faydalı mənbədir.
Aydan Əliyeva

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin

24.09.2026 22:00 Təhsil

Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək?

24.09.2026 21:10 Cəmiyyət

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

24.09.2026 20:23 Cəmiyyət

“20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq

24.09.2026 19:03 Cəmiyyət

Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub

24.09.2026 17:41 Cəmiyyət

2027-ci ildə Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq

24.09.2026 17:28 Cəmiyyət

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək -

24.09.2026 16:53 Cəmiyyət

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

24.09.2026 16:12 Cəmiyyət

Prezident bu icra başçısını vəzifədən azad etdi

24.09.2026 16:01 Cəmiyyət

“Trendyol” sifarişləri gecikir -

24.09.2026 15:33 Cəmiyyət

Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək

24.09.2026 15:12 Cəmiyyət

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş

24.09.2026 13:52 Formula-1

ŞAD XƏBƏR:

24.09.2026 13:51 Cəmiyyət

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24.09.2026 13:42 İqtisadiyyat

Bakıya yağış yağacaq - Tarix

24.09.2026 13:34 Cəmiyyət

Qətl törətməkdə təqsirləndirilən 6 qohuma hökm oxundu

24.09.2026 13:31 Hadisə

Xəzərdə təlim zamanı 19 qazax hərbçini axın aparıb,

24.09.2026 13:11 Hadisə

"Azercell Telecom"da iki

24.09.2026 13:09 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək