Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Həqiqətə dözməyən Ermənistanın
Həqiqətə dözməyən Ermənistanın
Ana səhifə

Həqiqətə dözməyən Ermənistanın REALLIQLA SAVAŞI - FOTO

Xpress.az Redaksiyası 18.09.2026 12:01

Tarixən başqalarının milli kimliyi arxasında gizlənərək özlərinə tarix, coğrafiya və mədəniyyət qurmağa çalışan Ermənistan irredentist siyasətinə davam edir. Belə ki, Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışan ermənilər dözümsüzlük nümayiş etdirərək ərazi iddiaları irəli sürməklə kifayətlənmir, özlərinin sürrealist düşüncələrini tarixi abidələrimiz, maddi-mədəniyyət nümunələrimiz, yaşayış yerlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız, hətta toponimlərimiz üzərində gerçəkləşdirməyə çalışırlar.

1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmalı olub.

Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını Azərbaycanın öz ərazisindən xalqın izlərini silmək məqsədilə zaman-zaman məhv edib. Xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılıb, tamamilə yox edilib.

1935-1989-cu illərdə Ermənistanda hətta yer adlarına qarşı da qərəzli siyasət tətbiq edilib və minlərlə Azərbaycan toponimi xəritədən silinib. Ermənilər Qərbi Azərbaycanda azərbaycanlılara məxsus minlərlə qəbir, məqbərə, məscid, alban kilsələri, kitabələri məhv etmiş, bəzi abidələri xristianlaşdırmağa çalışmışlar.

Vaxtilə İrəvan şəhərində 16 məscid olub. XX əsrin əvvəllərinə kimi bu şəhərdə Göy məscid, Qədim şəhər, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Səfərbəy məscidləri və başqaları fəaliyyət göstərib. Zaman keçdikcə bu məscidlər məhv edilib, mənşəyi və ya təyinatı dəyişdirilib. Hazırda İrəvandakı yeganə Göy məscidi isə ermənilər saxtalaşdıraraq İran məscidi kimi təqdim edirlər.

Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bu kəndlərdə ermənilər 900-dən çox tarix və mədəniyyət abidəsi – yaşayış evləri, məscidlər, alban dövrü tikililəri, bədii daş nümunələri, qəbir daşları, at-qoç fiqurları dağıdaraq yararsız hala salıb. Ərazi Azərbaycanın mədəni irs nümunələrindən təmizlənərək kütləvi vandalizmə məruz qalıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri zamanı Ermənistanın 30 il ərzində yaydığı torpaq iddiası və mənimsəməyə çalışdığı mədəni irsimizlə bağlı bütün tezislərini bu sualı ilə darmadağın etdi: “Əgər bu torpaqlar sizindirsə, niyə buranı viran qoyurdunuz?! Niyə bu günə salırdınız?! Niyə bir daş üstə daş qoymurdunuz?!”.

Qərbi Azərbaycanın mədəni irsinin qorunması və təbliği məsələsi, artıq illərdir ki, dövlət səviyyəsində təmin edilir. Bir neçə gün əvvəl ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər edib.  Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi. Tarix onu yazan və yaradan həqiqi sahibləri üçün qorxulu görünmür!

Tarix həm də heç vaxt gizli və saxta olanı özündə saxlamır, zamanın ədalət tərəzisi bütün gerçəkləri üzə çıxarır. Elə bu səbəbdən 2026-cı il sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri Ermənistan mediasının qərəzli münasibəti və qəbuledilməz tonu ilə qarşılandı. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan reallıqlarla barışmaq istəməyən Ermənistan cəmiyyəti diplomatların Xankəndi, Şuşa, Ağdərə, Kəlbəcər və digər ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olmalarına, habelə tarixi və dini-mədəni irs nümunələrini yerindəcə görmələrinə qarşı  kəskin reaksiyalar göstərdi. Ölkə ərazisindəki mədəni irsin Azərbaycan xalqına məxsus olması və dövlət tərəfindən qorunması faktına Ermənistan siyasi dairələri və ictimaiyyəti tərəfindən dözümsüzlük nümayiş etdirildi. Əsrlər boyu Qərbi Azərbaycanın əsl sahibi olan azərbaycanlıların hüquqlarını pozub, mənəvi haqqını tapdayan Ermənistanın bu cür səfərlərdən narahat olması, haradasa başadüşüləndir.

Kimin haqlı olduğunu, tarixi-mədəni irsin əsl sahiblərini aşkara çıxarmaq üçün bu cür emosional davranışlar əvəzinə, elmi və arxeoloji tədqiqatlara etimad göstərilməsi düzgün addım olardı. Lakin belə bir addımın tarixi, keçmişi olmayan bir toplum tərəfindən linçlənməsi, həqiqətlərin üzə çıxmasına dözümsüzlük nümayiş etdirilməsi elə həmin tədqiqatlara başlamadan da kimin haqlı olduğunu sübut edir.

Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycanın Ağdərə rayonunda yerləşən, erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçirərkən işğal müddətində monastırda “ermənilərin qədim kitabları” kimi təqdim olunan vəsaitlərin saxta olduğunu öyrəniblər. Kitablarda sadəcə bir səhifədə mətn və rəsm olduğu halda, digər səhifələr boş imiş. Təkcə elə bu fakt Ermənistanın Azərbaycan tarixinə, mədəniyyətinə rasist yanaşma sərgilədiyinin yüzlərlə sübutundan biridir.

Ermənilərin XIX əsrin əvvəllərindən başlanmış Azərbaycan mədəni irsini məhv etmə siyasəti bu gün də gülünc iddialarıyla davam etdirilir.  Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Abidələrdə, ziyarətgah və məbədlərdə yaşayan yaddaşı pozmağa cəhd vandalizm aktından başqa bir şey deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir”.

Dürdanə Hümbətova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

"İki sahil" qəzeti

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək.
  • www.sualcavab.com
    WhatsApp: +994 10 526 82 79
  • Instagram: onlayn_sualcavab

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18.09.2026 11:06 Gündəm

DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkət rejimi

18.09.2026 10:42 Formula-1

DTX 5 ölkədə antiterror əməliyyatı keçirib,

18.09.2026 10:27 Hadisə

Bu gün Milli Musiqi Günüdür

18.09.2026 09:03 Mədəniyyət

Sərnişinlərin səbrini sınayan marşrutlar -

18.09.2026 08:59 Cəmiyyət

ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub

17.09.2026 17:54 Gündəm

Tarixi həqiqət, milli irs və ərazi bütövlüyü:

17.09.2026 17:46 Ana səhifə

Maddi və qeyri-maddi mədəni irsin UNİKAL NÜMUNƏSİ:

17.09.2026 17:22 Ana səhifə

DİQQƏT! Bu məhsullar bazardan yığışdırılır

17.09.2026 17:19 Cəmiyyət

Cəmi 4 gün iş olmayacaq -

17.09.2026 17:05 Cəmiyyət

Gömrük Komitəsi 8 ədəd avtomobil alır

17.09.2026 15:55 Cəmiyyət

“Baku Digital” şirkəti cərimələndi -

17.09.2026 15:30 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək