Zəfər günü – əbədi qürurumuzdur!
Dünya Azərbaycan Qadınları İctimai Birliyi 1 noyabr 2026-cı il tarixində Bakı şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər günü – əbədi qürurumuzdur” adlı tədbir keçirmişdir.
İlk olaraq, şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət etmişlər. Daha sonra tədbir salonuna keçərək proqramın rəsmi hissəsini davam etdirmişlər.


Dünya Azərbaycan Qadınları İctimai Birliyinin (DAQİB) sədri, Yaroslavl vilayəti hökuməti yanında Millətlərarası Münasibətlər üzrə Koordinasiya Şurasının üzvü Xatirə Qəmbərovanın rəhbərliyi ilə baş tutan tədbir dünya azərbaycanlılarının həmrəyliyini nümayiş etdirən canlı səhnələrdən biri idi. 8 Noyabr sevincini bölüşmək üçün doğma Vətənə toplaşan xaricdəki soydaşlarımızın səmimiyyəti, Vətənə bağlılıq ifadə edən çıxışları böyük təəssürat yaratdı.

Tədbirin təşkilat komitəsinin üzvləri:
İlhamə Qəsəbova – filologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü;
Xəyalə Ağayeva – filologiya üzrə fəlsəfə doktoru;
Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” təşkilatının sədri;
Nigar Həziyeva – tarixçi, “Yeləni” kəlağayı firmasının təsisçisi.
Tədbirin qonaqları:
Mətanət Əzimova – Əməkdar jurnalist, Azərbaycan Beynəlxalq Radiosunun əməkdaşı;
Güllü Eldar Tomarlı – Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri;
Xanım Qasımova – filologiya üzrə fəlsəfə doktoru,"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi ,orta məktəblər üçün Azərbaycan dili dərslikləri və metodik vəsaitlərin müəllifi;
Gültəkin Hüseynova – psixologiya elmləri doktoru, Qərbi Kaspi Universitetinin “Sosial iş” kafedrasının rəhbəri;
Ramilə Bəşirzadə – iqtisad elmləri doktoru, dosent, Qərbi Kaspi Universitetinin “Sosial iş” kafedrasının müdiri;
Laləndar Novruzova – Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri, milli geyimlər üzrə mütəxəssis, modelyer-texnoloq;
Leyla Fərəcova – Moskva Qadınlar Birliyinin sədri;
Eyzangül Həsənova – İkinci Qarabağ müharibəsinin iştirakçısı, Kemerovo nümayəndəsi;
Zəminə Məmmədova – Rostov vilayəti üzrə DAQİB nümayəndəsi;
Hədiyyə Cavadzadə – şəhid Polad Mirzoyevin bacısı
-Varangi Sevil Qədiməli qızı Elmlər akademiyasında komnyüter oneratoru, DAQİB üzvü və
digər qonaqların da iştirak etdiyi tədbir Vətən sevgisinin, milli birliyin və həmrəyliyin təntənəsinə çevrildi.

Bu görüş bir daha göstərdi ki, Vətən sevgisi, milli birlik və Zəfər qüruru dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları eyni amal ətrafında birləşdirən müqəddəs dəyərlərdir. Belə tədbirlər milli yaddaşımızın qorunmasına, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına və gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir. Zəfərimizin işığı daim yolumuzu aydınlatsın, birliyimiz və həmrəyliyimiz əbədi olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Onların qəhrəmanlığı, Vətənə sevgisi və bizə əmanət etdikləri Zəfər tariximiz daim qürur mənbəyimiz olsun!
