Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi...
Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -
Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? - DOSYE

Xpress.az Redaksiyası 03.11.2026 17:21

Prezident İlham Əliyevin Sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Xpress.az yeni sədrin dosyesini təqdim edir:

Səbuhi Sadıqov 22 iyul 1984-cü ildə Füzuli şəhərində anadan olub.

O, 2001–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr və magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə isə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən verilən beynəlxalq CPA (Certified Public Accountant) dərəcəsinə və lisenziyasına layiq görülüb.

Əmək fəaliyyətinə 2005–2018-ci illərdə maliyyə-sığorta sektorunda başlayan S.Sadıqov, “Ernst & Young” şirkətində baş menecer səviyyəsinədək yüksəlib.

Daha sonra, 2018–2021-ci illərdə “PMD” şirkətlər qrupunda Audit departamentinin direktoru və digər audit strukturlarında rəhbər vəzifələrdə çalışıb.

2021-ci ilin dekabrında Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri, 2026-cı ilin noyabrında isə qurumun sədri təyin edilib.

Ailəlidir, 2 övladı var. Sahəsinin peşəkarıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək