Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəc...
Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək
Cəmiyyət

Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək

Xpress.az Redaksiyası 24.09.2026 15:12

Son günlərdən etibarən ölkədə keçirilən toy mərasimləri ilə bağlı 120 nəfərlik limitin tətbiq olunacağı barədə müxtəlif məlumatlar sürətlə yayılmağa başlayıb. Bu xəbərlər xüsusilə yaxın günlərdə evlənməyə hazırlaşan, toy planlaşdıran gənclər və onların valideynləri arasında ciddi suallar doğurub, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Cəmiyyəti narahat edən əsas məqamlardan biri sözügedən məhdudiyyətin hansı hüquqi və ya inzibati əsasla tətbiq ediləcəyi, ölkədəki bütün şadlıq saraylarına şamil olunub-olunmayacağı və əvvəlcədən təşkil edilən mərasimlərə necə təsir göstərəcəyidir. Məsələyə aydınlıq gətirmək məqsədilə paytaxtda fəaliyyət göstərən bir neçə məşhur şadlıq sarayı ilə əlaqə saxlanılıb. “Altun Saray”dan bildirilib ki, hər nə qədər cəmiyyətdə 120 nəfərlik limitlə bağlı müəyyən şayiələr dolaşsa da, hazırda onlarda belə bir məhdudiyyət tətbiq edilmir. Eyni mövqeyi səsləndirən “Xan Saray” da mərasimlərin əvvəlki qaydada, heç bir say məhdudiyyəti olmadan, istənilən qonaq sayı ilə həyata keçirildiyini təsdiqləyib. “Absheron Palace”dan da bildirilib ki, hazırkı dönəmdə toy məclislərində hər hansı 120 nəfərlik limit qüvvədə deyil. Bütün bunlarla yanaşı, cəmiyyətdə başqa bir sual da aktual olaraq qalır: ümumiyyətlə, şadlıq saraylarında keçirilən toy mərasimləri üçün belə bir məhdudiyyətə ehtiyac varmı və bu, 300-400 nəfərlik böyük məclislərə külli miqdarda pul xərcləyən vətəndaşlar üçün müəyyən mənada qənaət imkanı yarada bilərmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Elçin Cəfərov qeyd edib ki, toy mərasimlərində qonaq sayının məhdudlaşdırılması məsələsi həm sosial, həm də iqtisadi müstəvidə kompleks yanaşma tələb edən həssas mövzudur: "Azərbaycan cəmiyyətində toy adət-ənənələri çox güclü sosial institutdur və uzun illərdir ki, böyük kollektivlərlə, yüzlərlə qonağın iştirakı ilə qeyd olunması bir növ yazılmamış qanuna çevrilib. Lakin son illərdə artan iqtisadi xərclər, inflyasiya və şadlıq saraylarındakı qiymət artımları fonunda minlərlə manat borca girərək 300-400 nəfərlik toy edən gənclərin ailə həyatının ilk illərində ciddi maliyyə böhranı ilə üzləşməsi danılmaz faktdır. Əgər 120 nəfərlik kimi daha kompakt formatlar tətbiq olunarsa, bu, ilk növbədə gənc ailələrin büdcəsinə ciddi qənaət edər, onları ağır kredit yüklərindən xilas edər".

Onun sözlərinə görə, bu cür limitlərin inzibati qaydada deyil, daha çox sosial şüurun və iqtisadi reallıqların təsiri ilə formalaşması daha məqsədəuyğundur: "Cəmiyyətimizdə tədricən dəbdəbəli və israfçılıqla müşayiət olunan ənənəvi toylardan daha modest, yaxın əhatənin qatıldığı yığcam məclislərə doğru psixoloji keçid hiss olunmaqdadır. İnsanlar başa düşürlər ki, toyun böyüklüyü ailənin xoşbəxtliyinin təminatçısı deyil. Əgər belə məhdudiyyətlər və ya tövsiyələr tətbiq olunarsa, bu, toy sahibləri üçün həm maliyyə baxımından böyük rahatlıq olar, həm də mərasimlərin mahiyyətini daha səmimi və mənalı müstəviyə daşıyar".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin

24.09.2026 22:00 Təhsil

Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək?

24.09.2026 21:10 Cəmiyyət

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

24.09.2026 20:23 Cəmiyyət

“20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq

24.09.2026 19:03 Cəmiyyət

Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub

24.09.2026 17:41 Cəmiyyət

2027-ci ildə Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq

24.09.2026 17:28 Cəmiyyət

Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə yeni metodoloji yanaşma

24.09.2026 17:06 Mədəniyyət

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək -

24.09.2026 16:53 Cəmiyyət

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

24.09.2026 16:12 Cəmiyyət

Prezident bu icra başçısını vəzifədən azad etdi

24.09.2026 16:01 Cəmiyyət

“Trendyol” sifarişləri gecikir -

24.09.2026 15:33 Cəmiyyət

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş

24.09.2026 13:52 Formula-1

ŞAD XƏBƏR:

24.09.2026 13:51 Cəmiyyət

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24.09.2026 13:42 İqtisadiyyat

Bakıya yağış yağacaq - Tarix

24.09.2026 13:34 Cəmiyyət

Qətl törətməkdə təqsirləndirilən 6 qohuma hökm oxundu

24.09.2026 13:31 Hadisə

Xəzərdə təlim zamanı 19 qazax hərbçini axın aparıb,

24.09.2026 13:11 Hadisə

"Azercell Telecom"da iki

24.09.2026 13:09 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək