Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı...
Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub
Cəmiyyət

Cənub-Şərqi Asiyada Azərbaycanın turizm potensialı təqdim olunub

Xpress.az Redaksiyası 24.09.2026 17:41

Azərbaycan Turizm Bürosu 18-23 sentyabr tarixlərində 3 yerli turizm sənayesi tərəfdaşı ilə birgə Cənub-Şərqi Asiyada keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin turizm potensialını təqdim edib.

Xpress.az xəbər verir ki, tədbirlər İndoneziyanın paytaxtı Cakartada, Malayziyanın paytaxtı Kuala-Lumpurda və Sinqapurda keçirilib. Görüşlərdə işgüzar turizm (MICE) agentlikləri, turoperatorlar və aviaşirkətlər də daxil olmaqla ümumilikdə 220 turizm sənayesi nümayəndəsi iştirak edib.

Tədbirlər çərçivəsində Azərbaycan Ümrə səfərləri ilə birləşdirilə bilən turizm istiqaməti kimi təbliğ olunub. İştirakçılara Azərbaycanın zəngin mədəni irsi, təbii turizm imkanları və müasir turizm infrastrukturu barədə məlumat verilib.

Cakarta və Kuala-Lumpurda keçirilən tədbirlərdə müvafiq olaraq Azərbaycan Respublikasının İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev və Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər.

Silsilə tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub, yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin

24.09.2026 22:00 Təhsil

Metrodan ödənişsiz istifadə nə vaxtadək davam edəcək?

24.09.2026 21:10 Cəmiyyət

Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi

24.09.2026 20:23 Cəmiyyət

“20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq

24.09.2026 19:03 Cəmiyyət

2027-ci ildə Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq

24.09.2026 17:28 Cəmiyyət

Xalq yaradıcılığının rəqəmsal mühitdə tədqiqinə yeni metodoloji yanaşma

24.09.2026 17:06 Mədəniyyət

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək -

24.09.2026 16:53 Cəmiyyət

Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"

24.09.2026 16:12 Cəmiyyət

Prezident bu icra başçısını vəzifədən azad etdi

24.09.2026 16:01 Cəmiyyət

“Trendyol” sifarişləri gecikir -

24.09.2026 15:33 Cəmiyyət

Toylarla bağlı HƏRƏKƏTƏ KEÇİLDİ - Bu qayda dəyişəcək

24.09.2026 15:12 Cəmiyyət

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş

24.09.2026 13:52 Formula-1

ŞAD XƏBƏR:

24.09.2026 13:51 Cəmiyyət

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24.09.2026 13:42 İqtisadiyyat

Bakıya yağış yağacaq - Tarix

24.09.2026 13:34 Cəmiyyət

Qətl törətməkdə təqsirləndirilən 6 qohuma hökm oxundu

24.09.2026 13:31 Hadisə

Xəzərdə təlim zamanı 19 qazax hərbçini axın aparıb,

24.09.2026 13:11 Hadisə

"Azercell Telecom"da iki

24.09.2026 13:09 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək