Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Reabilitasiya mərkəzində
Reabilitasiya mərkəzində
Hadisə

Reabilitasiya mərkəzində DƏHŞƏT - Üç xəstənin gözünü çıxartdı

Xpress.az Redaksiyası 29.09.2026 18:55

Türkiyənin Konya şəhərində özəl əlillərə qulluq və reabilitasiya mərkəzində dəhşətli hadisə baş verib.

Mərkəzdə çalışan baxıcı Halil İbrahim üç əqli məhdudiyyətli şəxsi otağa kilidləyərək onların gözlərini çıxarıb.

Məlumata görə, hadisə iyunun 2-də baş verib. Üç nəfər təxminən iki saat ərzində otaqda bağlı vəziyyətdə qalıb. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə Halil İbrahimin Ahmet İsmailin gözlərinə barmaqlarını soxduğu və onun qan içində qaldığı əks olunub.

Ahmet İsmailin otağın qapısını açmağa çalışdığı, lakin buna nail ola bilmədiyi, hücumun isə davam etdiyi görünür.

Daha sonra əməkdaşlar otağa daxil olaraq yaralı şəxsi qan içində tapıblar. Hadisə yerinə tibbi briqada çağırılıb.

Halil İbrahim həbs edilib.\\lent.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək