Cari ilin səkkiz ayında qoruqları ziyarət edənlərin SAYI AÇIQLANDI
2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri, ümumilikdə 432 296 turist bilet alaraq ziyarət edib.
Xpress.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksinə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, turistlərin 303 426 (70,19 faiz) nəfəri xarici, 128 870 (29,81 faiz) nəfəri yerli turistlər olub.
QİM İdarə Heyəti sədrinin sözlərinə görə, qeyd edilən müddətdə 95 260 nəfər də qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.