Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibəni...
Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub-
Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub- FOTO

Xpress.az Redaksiyası 29.09.2026 17:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir. Teatrın şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş bu dəfəki  səfəri Qarabağ Universiteti ilə birgə Xankəndidə həyata keçirilib. Öncə Azərbaycan Respublikasinın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcı-Bakı Uşaq və Gənclər Teatrından Mehman Piriyev çıxış edərək məhz Xankəndidə bu layihənin həyata keçirilməsinin necə xüsusi və qürurverici  olduğunu vurğulayıb. Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist, reiissor, aktyor İntiqam Soltan və Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli çıxışlarında layihə haqqında  danışıblar. Proqramda Qarabağ Universitetinin incəsənət şöbəsinin tələbələrinin  ifasında musiqi nömrələri, Bakı Uşaq və Gənclər Teatrının repertuarından bayrağımıza, himnimizə həsr olunmuş "Vətən"  tamașası nümayiş olunub. Tədbirin sonunda Bakı Ușaq və Gənclər Teatrı Qarabağ Universitetinə layihəyə dəstək verdiyi üçün Fəxri Diplom təqdim edib.
Qeyd edək ki, teatr bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı, Gəncədə Gəncə Dövlət Milli Dram Teatrı ilə, Qazaxda Qazax Dövlət Dram Teatrı ilə birgə layihə həyata keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək