Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşk...
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub -
Ana səhifə

Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - FOTO

Xpress.az Redaksiyası 28.09.2026 15:44

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.

Xpress.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 13 iyun 2024-cü il tarixdə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir.

Kompleksin Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verən Sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil olunan Emalatxana, Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin sərgiləndiyi Təbiət tarixi sərgi zalı ziyarətçilərdə böyük maraq doğurur.

Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün də Kompleksdə hərtərəfli şərait yaradılıb. Buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət “Qılınc” palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan “Torağay” palçıq vulkanını kənardan müşahidə etmək olar.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri M.Ağabəyli qeyd edib ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır və onları təbiət irsi kimi təbliğ edir.

İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, ümumən regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən yeni layihələr, turizm obyektlərini ziyarət edənlərin sayı barədə də məlumat verib.

Mediaturda jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək