Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Palçıq Vulkanları Turizm Kompleksini bir ayda neçə...
Palçıq Vulkanları Turizm Kompleksini bir ayda neçə turist ziyarət edib? -
Ana səhifə

Palçıq Vulkanları Turizm Kompleksini bir ayda neçə turist ziyarət edib? - AÇIQLAMA + FOTO

Xpress.az Redaksiyası 28.09.2026 16:02

Palçıq Vulkanları Turizm Kompleksini 2026-cı ilin yanvar-avqust ayları ərzində, ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib.

Xpress.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksinə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

QİM İdarə Heyəti sədrinin sözlərinə görə, onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub. 798 nəfər isə ödənişsiz qaydada Kompleksi ziyarət edib.

M.Ağabəyli deyib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Kompleksi ziyarət edən xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək