Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü münasibətilə rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyə lideri paylaşımında Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfəri və şəhidlərin xatirəsini ehtiramla yad edib.
"Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - deyə Ərdoğan vurğulayıb.
Qardaş ölkə rəhbərinin bu fikirləri iki ölkə arasındakı sarsılmaz birliyin və dəstəyin növbəti təzahürüdür.