Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Müşavir vəzifəsindən çıxdı -
Müşavir vəzifəsindən çıxdı -
Cəmiyyət

Müşavir vəzifəsindən çıxdı - Şöbə müdiri təyin olundu

Xpress.az Redaksiyası 27.09.2026 10:37

Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə müdir təyin olunub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Qeyd edək ki, Qazıyev Kamal Məmməd oğlu 19  il Maliyyə Nazirliyində çalışıb, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi sektorunun müdiri olub. 

O, son təyinata qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İcraçı direktorun müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, DSK-də aparılan struktur dəyişiklikləri çərçivəsində Əmək statistikası şöbəsi və Həyat keyfiyyətinin statistikası şöbəsi ləğv edilib, həmin funksional istiqamətlər üzrə statistikanın aparılması məqsədilə Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsi yaradılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək