Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Erməni dilini bilən xüsusi təyinatlı keçdiyi döyüş...
Erməni dilini bilən xüsusi təyinatlı keçdiyi döyüş yolundan danışdı-
Cəmiyyət

Erməni dilini bilən xüsusi təyinatlı keçdiyi döyüş yolundan danışdı- VİDEO

Xpress.az Redaksiyası 26.09.2026 22:40

Qazi Əflatun Məmmədov Vətən müharibəsində Kəlbəcər, Murov, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa istiqamətlərində döyüşüb.
Erməni dilini bilən Əflatun Məmmədov xüsusi təyinatlı kimi Vətənin müdafiəsi uğrunda ən ağır döyüşlərdə iştirak edib. Onun döyüş yolu Kəlbəcər və Murovdan başlayaraq Cəbrayıl, Hadrut, Xocavənd və Şuşaya qədər uzanıb. Bu gün onun sinəsində 11 medalı var. Hər biri Əflatun Məmmədovun keçdiyi döyüş yolunu və hərbi xidmətinin ayrı-ayrı səhifələrini əks etdirir.

Döyüş xatirələrini bölüşən qazi xüsusi təyinatlıların göstərdiyi şücaət barədə danışıb.

"Cəbrayılda bir neçə yüksəkliyi aldıq. Sonra düşmən qarşı mövqelərdən hücuma keçdi. Təxminən 200-250 nəfərlik canlı qüvvə, 8 tank ilə üstümüzə gəlirdilər. Həmin vaxt orada cəmi 50-yə yaxın xüsusi təyinatlımız var idi. 50 xüsusi təyinatlı onları məhv etdi, tanklarını sıradan çıxardı", - deyə o bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək