Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Baku Research Institute”un arxasındakı təlxəklər...
“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –
Ana səhifə

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” – MÖVQE + FOTO

Xpress.az Redaksiyası 22.09.2026 12:57

Mən daxili siyasət haqqında nadir hallarda yazıram. Mənim ixtisasım beynəlxalq münasibətlərdir. Amma bir fakt var ki, onu qeyd etmədən keçmək mümkün deyil.

Bir müddət əvvəl “Baku Research Institute” (Bakı Tədqiqat İnstitutu) erməni müəllif Vigen Çeteryanın Azərbaycan əleyhinə yazılmış məqaləsini dərc edib. (https://bakuresearchinstitute.org/en/the-unbearable-cost-of-azerbaijans-territorial-integrity/). Məqalə yalnız ingilis dilində yayımlanıb və Azərbaycan dilində versiyası yoxdur.

Əlbəttə, kimsə bunu söz azadlığı və fərqli mövqelərin ifadəsi ilə izah edə bilər. Amma sözügedən məqalə saxtakarlıqlara, Çeteryan kimi erməni radikallarının və millətçilərinin münaqişəyə baxışlarına əsaslanıb. Belə olan halda sual yaranır: insan hüquqları və Azərbaycan tarixinə dair araşdırmaları əsas fəaliyyət istiqaməti kimi müəyyən edən bir institutun portalında Azərbaycanın ərazi bütövlüyünə qarşı məqalənin yayımlanması nə dərəcədə doğrudur?

Məqalədə belə bir hissə var: “2023-cü il sentyabrın 19-da Azərbaycan ordusu de-fakto Dağlıq Qarabağ respublikasının müdafiə mövqelərinə tam miqyaslı hücum həyata keçirdi. Hücum heç bir açıq-aşkar əsas olmadan baş verdi. Belə ki, Azərbaycan hakimiyyəti ilə Dağlıq Qarabağ rəhbərliyi arasında danışıqlar davam edirdi”.

Daha sonra isə belə yazılır: “Bundan sonra baş verənlər XXI əsrin ən effektiv etnik təmizləməsi oldu. Bir neçə gün ərzində Dağlıq Qarabağın bütün erməni əhalisi öz torpağından qovuldu.”

Məqalə münaqişənin tarixini və ərazi bütövlüyü prinsipini tamamilə başqa cür təqdim edir, ermənilər isə münaqişənin yeganə qurbanı kimi göstərilir.

Çeteryan bunu yaza bilər. Amma Parisdə oturub Azərbaycan xalqının hüquqları barədə yüksək səslə danışan, özünü böyük liberal, bizi isə avtokrat adlandıran həmin təlxək (halbuki mən heç vaxt opponentlərimə qarşı belə ifadələr işlətməmişəm) açıq şəkildə kiminsə sifarişini yerinə yetirir.

Deməli, onların məntiqinə görə, biz işğalı, dağıntıları, qətlləri unutmalı və Qarabağı təhvil verməli idik. Paşinyan Şuşada rəqs edib “Qarabağ Ermənistandır” deyəndə böyük “demokrat”, biz isə ərazi bütövlüyünün bərpası və qaçqınların qayıtması lazım olduğunu deyəndə “avtokrat” oluruq.

Bu yazıma cavab olaraq o və onun kimiləri deyəcəklər ki, biz Qarabağ məsələsinin arxasında gizlənməyə çalışırıq.

Mən 1990-cı illərin faciəsini öz gözlərimlə görmüşəm. Eyni zamanda, “intellektual üfunət”in tüstüsünü yayan boşboğazların söylədiklərinin hara gətirib çıxara bildiyini də görmüşəm.

Buna görə də nəticə birdir: “Baku Research Institute” üçün Azərbaycan və Azərbaycan xalqının maraqları əhəmiyyətsizdir. Bu institut və onun arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyənlərin sifarişini yerinə yetirirlər.

Fərid ŞƏFİYEV

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək