Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssis...
Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -
Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub - MEDİATUR (FOTO)

Xpress.az Redaksiyası 06.11.2026 12:36

Onlar 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil edilən inklüziv konsert proqramını da izləyiblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olunub.

Xpress.az-ın Naxçıvana ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir muxtar respublikadakı sosial müdafiə və reabilitasiya infrastrukturu, əhalinin sosial müdafiəsi sahəsində aparılan işlər və tətbiq edilən yeniliklərlə bloger və media mənsublarını yaxından tanış etmək məqsədi daşıyıb.

Mediatur iştirakçıları bu ilin avqust ayında açılışı olan Naxçıvan Regional DOST mərkəzinin fəaliyyətini nəzərdən keçirib, burada vətəndaşlara göstərilən operativ, müasir və şəffaf xidmət prosesini izləyiblər.

Qonaqlarla görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə muxtar respublikada icra olunan sosial müdafiə və aktiv məşğulluq proqramları, şəhid ailələri və müharibə iştirakçıları üçün həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verib.

Proqram çərçivəsində bloger və media nümayəndələri Şahbuz rayonundakı Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində olublar. Burada ahıl və digər həssas qruplardan olan şəxslərə göstərilən sosial-məişət xidmətləri, müəssisənin maddi-texniki bazasının gücləndirilməsi və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.

Mediatur iştirakçıları həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksini də ziyarət ediblər.

Səfərin sonunda qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil edilən, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları və əməkdar artist Fərqanə Qasımovanın ifalarından ibarət olan inklüziv konsert proqramını izləyiblər. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək