Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran Ermənistana xəbərdarlıq edib
İran Ermənistana xəbərdarlıq edib
Dünya

İran Ermənistana xəbərdarlıq edib

Xpress.az Redaksiyası 05.11.2026 16:17

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan Ermənistan Baş nazirə “açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib.

Ermənistan parlamentində “Tramp marşrutu” (TRIPP) layihəsinin təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin təsdiqlənməsini nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.

O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.

İran rəsmisinin sözlərinə görə, Ermənistanın Azərbaycan, İran, Türkiyə və, ehtimal ki, gələcəkdə Gürcüstanla münasibətləri qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətdədir. O, beş il əvvəl Tehranda keçirilən Astana formatlı sammiti, İran İslam Respublikasının əvvəlki Ali Rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü xatırladaraq, həmin görüşdə Zəngəzur dəhlizinin yaradılmasına açıq şəkildə qarşı çıxıldığını bildirib. Vilayəti bu mövqenin İranın xarici siyasətində “qırmızı xət”lərdən biri olduğunu vurğulayıb.

Vilayəti əlavə edib ki, Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi mümkün yanlış hesablamadır. O, bu məsələni Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrı görüşlərində müzakirə etdiyini, həmçinin, mətbuat konfransında İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan regionun təhlükəsizliyinə cavabdeh olduğunu açıq şəkildə bəyan etdiyini bildirib.

“Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, - İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.

Vilayəti Ermənistan hökumətinin ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmasını da tənqid edib, o, bu yanaşmanın Cənubi Qafqazda gərginliyin artmasına zəmin yarada biləcəyi barədə xəbərdarlıq edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Ərdoğan Azərbaycana gəlir

05.11.2026 12:00 Siyasət

Sökülən binaların sakinlərinə verilən mənzillər vergidən azad ediləcək

05.11.2026 11:49 İqtisadiyyat

​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

05.11.2026 11:43 Siyasət

Nərə və qızılbalıq istehsalçılarına şad xəbər:

05.11.2026 11:36 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək