İdman
Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb
Xpress.az Redaksiyası
05.11.2026 15:29
Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını başa vurub.
Bu barədə Ronaldo özü sosial şəbəkə hesablarında açıqlama yayıb.
Ronaldo 20 avqust 2003-cü ildə 18 yaşında Portuqaliya yığmasında debüt edib.
41 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub.
O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu olub.
Hücumçu hazırda Səudiyyə Ərəbistanın “Əl Nəsr” klubunda çıxış edir.