Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Bakıda dünya çempionatının açılış mərasimi olub -
Bakıda dünya çempionatının açılış mərasimi olub -
İdman

Bakıda dünya çempionatının açılış mərasimi olub - FOTO

Xpress.az Redaksiyası 05.11.2026 10:22

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkov, Belarusun fövqəladə hallar naziri, daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistanın fövqəladə hallar nazirinin I müavini, polkovnik Sanjar Zuparov, Qırğızıstanın fövqəladə hallar nazirinin müavini, polkovnik Almazbek Asanov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, federasiyaya üzv ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin komandalarının təntənəli keçidi olub.

Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.

Mərasimdə fövqəladə K. Heydərov açılış nitqi ilə iştirakçıları salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib.

"Son illərdə ölkədə beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturunun qurulması, idmanın müxtəlif növlərinin inkişafına göstərilən ali diqqət və qayğı sayəsində idmançılarımız ən mötəbər turnirlərdə, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq üçrəngli bayrağımızı ucaldırlar. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır" - deyə nazir qeyd edib.

O, Bakıda keçirilən bu çempionatın yanğınsöndürmə və xilasetmə idmanının inkişafına, müxtəlif ölkələrin müvafiq qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini bildirib.

Nazir qarşıdakı yarışların yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcəyinə, eyni zamanda iştirakçılar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib. O, yanğın və xilasetmə idmanının inkişafının sağlam həyat tərzinin təbliğinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra A.Çuprian, beynəlxalq federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər. Yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.

Mərasimdə ölkəmizin zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.

Ardından proqrama uyğun olaraq hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib. Yekunda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə I yeri Dmitri Qrebenşikov (Rusiya) qazanıb. Gümüş mükafatı Zelimxan Kubayev (Rusiya), bürünc medalı isə Stanislav Titorenko (Rusiya) əldə edib.

Qadınlar arasında yanğın-xilasetmə idmanı üzrə hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə Mariya Kataseva (Rusiya) dünya çempionu olub. II yerə Aleksandra Lasenkova (Belarus) layiq görülüb, bürünc mükafatı isə Yekaterina Sidorenko (Rusiya) qazanıb.

Qalib və mükafatçılara medalları fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.

Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə qüvvələrini sınayırlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

05.11.2026 11:06 Cəmiyyət

Gələn il üçün ehtiyac meyarı məlum olub

05.11.2026 11:01 İqtisadiyyat

FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb

05.11.2026 10:51 Cəmiyyət

Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər -

05.11.2026 10:41 Ana səhifə

İlham Əliyev beynəlxalq sammit iştirakçılarına müraciət ünvanlayıb

05.11.2026 10:17 Siyasət

Samvel Karapetyan 1 aylıq həbs edildi

05.11.2026 10:08 Dünya

Azərbaycan nefti xeyli ucuzlaşdı

05.11.2026 09:43 İqtisadiyyat

SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktiv alır

05.11.2026 09:21 İqtisadiyyat

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək