Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Azərbaycan UEFA reytinqində irəlilədi
Azərbaycan UEFA reytinqində irəlilədi
İdman

Azərbaycan UEFA reytinqində irəlilədi

Xpress.az Redaksiyası 14.10.2026 09:15

Azərbaycan UEFA-nın əmsallar cədvəlində bir pillə yüksələrək 24-cü yerə çıxıb.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Çexiyanın "Slaviya Praqa" klubu üzərində 2:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Təmsilçimizin uğuru Azərbaycanın aktivinə əlavə 0.500 xal qazandırıb (bu mərhələdə qazanılan qələbəyə görə verilən 2 xal avrokuboklarda klublarımızın sayına - 4-ə bölünür). Bununla da ölkəmizin ümumi göstəricisi 24.187-yə çatıb.

Hazırda Azərbaycan 24.125 xalla 25-ci pillədə qərarlaşan İsraili qabaqlayır. Ukrayna isə 24.337 əmsalla 23-cü sırada yer alır.

UEFA əmsallar cədvəlinə 104.019 xalla İngiltərə başçılıq edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək