Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb
FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb
Cəmiyyət

FHN vətəndaşları ehtiyatlı olmağa çağırıb

Xpress.az Redaksiyası 05.11.2026 10:51

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.

Xpress.az xəbər verir ki, bu barədə dövlət qurumu məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi proqnoza əsasən, günün ikinci yarısından etibarən qarşıdakı günlər ərzində ölkə ərazisində, həmçinin paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı gözlənilir. Proqnozlara görə, güclü külək müşahidə ediləcək, müxtəlif ərazilərdə intensiv yağıntılar yağacaq, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın ehtimalı var, eyni zamanda şimşək çaxması da proqnozlaşdırılır.

Nazirliyin müraciətinə görə, güclü külək şəraitində yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq olmaq, elektrik dirəkləri və naqillərinin, habelə hündür ağacların yanında dayanmaqdan çəkinmək tövsiyə olunur. Həmçinin güclü küləyin yanğınların söndürülməsinə ciddi maneələr yaratdığını nəzərə alaraq, küləkli havada yanğın təhlükəsizliyi normalarına xüsusi diqqət yetirilməsi vacibdir. Bundan əlavə, kiçikhəcmli gəmi sahibləri bu cür hava şəraitində dənizə çıxmağın qadağan edildiyi barədə xəbərdar olmalıdırlar.

Bununla yanaşı, intensiv yağıntılar nəticəsində bəzi çaylarda baş verə biləcək sel, daşqın və subasma hallarından qorunmaq məqsədilə təhlükəli zonalardan uzaq durmaq, bu cür vəziyyətlə qarşılaşdıqda dərhal ən yaxın hündür əraziyə çıxmaq, xilasetmə qüvvələrinin göstərişlərinə və tövsiyələrinə qeyd-şərtsiz əməl etmək zəruridir.

Bundan başqa, ildırım təhlükəsindən müdafiə olunmaq üçün ildırım zamanı elektrik avadanlıqlarını şəbəkədən ayırmaq, telefon vasitəsilə (sabit xətt, mobil telefon, taksofon və digər vasitələrlə) danışıqdan imtina etmək, açıq ərazidə olarkən elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşmamaq, hündür ağaclar altında sığınmamaq lazımdır. Avtomobil idarə edənlərə isə hərəkəti saxlayıb pəncərələri bağlayaraq ildırımın sona çatmasını gözləmək məsləhət görülür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sökülən binaların sakinlərinə verilən mənzillər vergidən azad ediləcək

05.11.2026 11:49 İqtisadiyyat

​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

05.11.2026 11:43 Siyasət

Nərə və qızılbalıq istehsalçılarına şad xəbər:

05.11.2026 11:36 İqtisadiyyat

Onlayn ticarətə dair

05.11.2026 11:28 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq

05.11.2026 11:06 Cəmiyyət

Gələn il üçün ehtiyac meyarı məlum olub

05.11.2026 11:01 İqtisadiyyat

Şəki Xan sarayının silah arxivi: oxdan topa qədər -

05.11.2026 10:41 Ana səhifə

Bakıda dünya çempionatının açılış mərasimi olub -

05.11.2026 10:22 İdman

İlham Əliyev beynəlxalq sammit iştirakçılarına müraciət ünvanlayıb

05.11.2026 10:17 Siyasət

Samvel Karapetyan 1 aylıq həbs edildi

05.11.2026 10:08 Dünya

Azərbaycan nefti xeyli ucuzlaşdı

05.11.2026 09:43 İqtisadiyyat

SOCAR ABŞ-də 1,65 milyard dollarlıq aktiv alır

05.11.2026 09:21 İqtisadiyyat

Bakının iki rayonunda işıq kəsiləcək

05.11.2026 08:56 Cəmiyyət

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək