“PAŞA Bank”dan “PAŞA Kapital”a vəzifəyə getdi
“PAŞA Kapital” İnvestisiya Şirkətində yeni vəzifə təyinatı baş tutub
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sahil Hüseynov “PAŞA Kapital” investisiya şirkətində İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Sahil Hüseynov bundan əvvəl “PAŞA Bank” ASC-də fəaliyyət göstərib. O, 2024-cü ilin oktyabrından 2026-cı ilin oktyabrınadək bankda informasiya təhlükəsizliyi üzrə GRC (idarəetmə, risk və uyğunluq) mütəxəssisi olub.
2023-cü ilin fevralından 2024-cü ilin oktyabrınadək həmin bankda informasiya təhlükəsizliyi və girişlərin idarə edilməsi üzrə kiçik mütəxəssis vəzifəsində çalışıb. Bu müddətdə istifadəçi giriş hüquqlarının idarə olunması, təhlükəsizlik risklərinin qiymətləndirilməsi, uyğunluq auditləri və informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının həyata keçirilməsində iştirak edib.
Sahil Hüseynov 2021-ci ilin iyulundan 2023-cü ilin fevralınadək isə “PAŞA Bank”da bank tətbiqlərinə dəstək, infrastruktur və biznes sistemləri komandasında kiçik mütəxəssis kimi fəaliyyət göstərib. O, bu vəzifədə bank sistemləri və məlumat bazaları ilə işləyib, sistemlərdə yaranan problemlərin həlli və müvafiq sorğuların icrası ilə məşğul olub.