Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat SOCAR-da yüksək vəzifələrə yeni təyinatlar olub
SOCAR-da yüksək vəzifələrə yeni təyinatlar olub
İqtisadiyyat

SOCAR-da yüksək vəzifələrə yeni təyinatlar olub

Xpress.az Redaksiyası 02.11.2026 09:29

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlar baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf müvafiq əmrlər imzalayıb.

Həbibə Mustafa Beynəlxalq vergilər şöbəsinin rəisi vəzifəsinə, Hikmət Əliyev isə Nəqliyyat İdarəsinin Texniki İstehsalat Departamentinin rəis müavini vəzifəsinə təyin olunublar.

Həbibə Mustafa ötən ilin dekabrından yeni təyinatadək həmin şöbədə rəis müavini vəzifəsində çalışıb. O, 2024-cü ilin iyunundan 2025-ci ilin noyabrınadək “Deloitte” şirkətində vergi meneceri, 2021-ci ilin dekabrından 2024-cü ilin avqustunadək isə həmin şirkətdə təcrübəli baş vergi məsləhətçisi vəzifələrini icra edib. 2019-cu ilin mayından 2021-ci ilin noyabrınadək Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən “JTL Innovation Technologies” MMC-də aparıcı vergi mütəxəssisi olub.

Bundan əvvəl isə “Deloitte Azerbaijan” şirkətində çalışıb. O, 2018-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək III dərəcəli vergi məsləhətçisi, 2017-ci ilin sentyabrından 2018-ci ilin avqustunadək II dərəcəli vergi məsləhətçisi, 2016-cı ilin avqustundan 2017-ci ilin avqustunadək isə I dərəcəli vergi məsləhətçisi vəzifələrində işləyib. H.Mustafa 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrınadək Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyində (AmCham Azerbaijan) Vergi və Gömrük Komitəsinin sədr müavini kimi də fəaliyyət göstərib.

Hikmət Əliyev isə bundan əvvəl SOCAR-da Nəqliyyatın Planlaşdırılması və Analitikası bölməsində fəaliyyət göstərib. O, 2022-ci ilin iyunundan 2025-ci ilin dekabrınadək kommersiya üzrə mütəxəssis, 2019-cu ilin oktyabrından 2022-ci ilin iyun ayınadək anbar mütəxəssisi, 2017-ci ilin sentyabrından 2019-cu ilin oktyabrınadək nəqliyyat mühəndisi vəzifələrində çalışıb.

Bundan başqa, H.Əliyev 2016-cı ilin iyunundan 2017-ci ilin sentyabrınadək yoxlayıcı, 2012-ci ilin iyunundan 2016-cı ilin iyun ayınadək isə qatar maşinisti vəzifəsini icra edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş

02.11.2026 12:49 Gündəm

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

02.11.2026 11:56 Cəmiyyət

Media və Yayım Şurası: Türkiyədə Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

02.11.2026 11:34 Media

Nazirlər Milli Məclisə çağırıldı -

02.11.2026 11:13 Cəmiyyət

Müəllim olmaq istəyənlərin diqqətinə –

02.11.2026 10:59 Təhsil

“Bir gecədə hər şeyimi itirdim...” – Könül Vəlibəylinin qızı

02.11.2026 09:35 Müsahibə

Gülnaz Qənbərli xəstəxanaya yerləşdirilib

02.11.2026 08:34 Hadisə

Zöhrab Rzazadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni vəzifəyə təyin olunub

01.11.2026 19:15 İqtisadiyyat

"Azəriqaz" abunəçidən 3500 manata qədər borcu məhkəmə ilə alır

01.11.2026 18:53 Cəmiyyət

Azərbaycanda hər 100 qıza 113 oğlan düşür:

01.11.2026 18:23 Cəmiyyət

Noyabrın 2-si ilə bağlı

01.11.2026 17:38 Cəmiyyət

Türkiyə bankı Azərbaycanda 15 milyon manat borca girdi

01.11.2026 16:42 İqtisadiyyat

TEATR KÖHNƏLİB?

01.11.2026 15:38 Mədəniyyət

Kombilərlə bağlı yeni qayda:

01.11.2026 13:29 Cəmiyyət

"Şərq" qəzetinin 30 illik YUBİLEYİ:

01.11.2026 12:20 Media

Özümüzünküləri unudub, yad bayramlara qucaq açırıq

01.11.2026 09:31 Mədəniyyət

Ev almaq istəyənlər xoş xəbər: mühüm qərar verildi – RƏSMİ

01.11.2026 09:25 Cəmiyyət

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI:

31.10.2026 13:17 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək