Hadisə
Gülnaz Qənbərli xəstəxanaya yerləşdirilib
Xpress.az Redaksiyası
02.11.2026 08:34
Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verib.
Hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.
Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini iddia edib.
Məlumata görə, onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya aparılıb.
Oxu24.com bildirir ki,zəhərlənənlər arasında tanınmış jurnalist Gülnaz Qənbərli də var.