Ev almaq istəyənlər xoş xəbər: mühüm qərar verildi – RƏSMİ
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə satmaq öhdəliyi əsasında kirayə mənzil götürən şəxslər ipoteka kreditindən faydalana bilməyəcəklər.İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, kirayə mənzillər və ipoteka kreditləri ilə bağlı tətbiq edilən yeni qaydalar mənzil imkanlarından daha geniş və ədalətli istifadəyə şərait yaradacaq:
“Bəzi hallarda insanlar həm ipoteka krediti, həm də kirayə mənzil götürürdülər. Bu isə digər şəxslərin həmin imkanlardan yararlanmasına məhdudiyyət yaradırdı. Gəlirləri yüksək olan bəzi insanlar iki-üç və hətta daha çox mənzil əldə edə bilirdilər. Bu da müəyyən mənada haqsız rəqabətə səbəb olurdu”.
İqtisadçı qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondunun təsdiqlədiyi yeni qaydalar bu istiqamətdə əlavə imkanlar yaradacaq:
“Yeni qaydalar mənzil imkanlarının daha əlçatan olmasını təmin edəcək və hər kəsə bu sosial layihədən bir dəfə yararlanmaq imkanı verəcək. Əldə etdiyi mənzil üzrə kredit borcunu bağlamadan yenidən kredit götürmək və başqa mənzil əldə etmək mümkün olmayacaq. İpoteka Fondunun əsas məqsədi sosial xarakter daşıyan bu mexanizm vasitəsilə insanların mənzil probleminin həllinə və onların mənzillə təmin olunmasına dəstək verməkdir”.