Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Mikayıl Ruhandın kitabı çap olundu
Mikayıl Ruhandın kitabı çap olundu
Mədəniyyət

Mikayıl Ruhandın kitabı çap olundu

Xpress.az Redaksiyası 26.10.2026 11:22

Şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabı çap olunub.
“Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların kitabıdır. İnsanın özünü, dünyanı, həyatı, həqiqəti və yaşamağın mənasını axtarışlarının... Kitabda, həmçinin, Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətləri də geniş yer tutur. Müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır. 
Oxucular  kitabda “Qədimilikdən hikmətə”, “Müəllimlik və tələbəlik”, “Asif Ata və Oşo”, “Konfutsidən Lao Tzıya”, “Tanrı səsi”, “Teatr-oyanan suallar” kimi mətnlərlə tanış ola biləcəklər. 
Qeyd edək ki, ön sözün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızı olan kitabın yaxın günlərdə təqdimat mərasimi keçiriləcəkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək