Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qalmaqallı hadisələrdə adı hallanan deputat övladl...
Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları
Cəmiyyət

Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları

Xpress.az Redaksiyası 25.10.2026 11:52

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun da adının hallandığı, bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava deputat övladlarının keçmişdə yaşanan qalmaqallı hadisələrini yenidən gündəmə gətirib. Müxtəlif illərdə deputatların övladlarının adı dövlət qurumlarının əməkdaşları ilə qarşıdurmalarda, cinayət işlərində və siyasi mübahisələrdə çəkilib.

Xpress.az Modern.az-a istinadən əvvəlki illərdə ictimai rezonans doğuran belə hadisələri təqdim edir. 

Bakının Xətai rayonunda yerləşən restoranlardan birində baş verən və bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ictimaiyyətin diqqətini cəlb edib.

Hadisədə deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də adı hallanır. Bildirilir ki, o, aralarında münaqişə olan şəxsləri barışdırmaq məqsədilə görüş təşkil edib. Lakin restoranın ikinci mərtəbəsindəki kabinetdə başlayan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumatlara əsasən, Ceyhun adlı şəxs mübahisə zamanı bir nəfəri bıçaqlayıb, daha sonra restoranın foyesində digər şəxslər tərəfindən yaxalanaraq öldürülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İqbal Məmmədovun oğlu vergi əməkdaşları ilə qarşıdurmada

2019-cu ilin avqustunda deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının adı Lerikdəki “Relax” istirahət mərkəzində baş verən qarşıdurmada hallanıb.

Vergi əməkdaşlarının yoxlaması zamanı yaranan insidentlə əlaqədar Mirhəmid Nərimanlı da daxil olmaqla bir neçə nəfər saxlanılıb. Rəsmi məlumatlarda vergi əməkdaşlarının qanuni fəaliyyətinə maneə yaradılması və polis əməkdaşlarına qarşı zor tətbiqi ilə bağlı cinayət işi çərçivəsində ittihamların irəli sürüldüyü bildirilib.

Məhkəmənin qərarı ilə Mirhəmid Nərimanlı barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun azadlığa buraxılması barədə məlumat yayılıb.

Hadisə həmin vaxt deputatın ailəsi və “Relax” istirahət mərkəzi ətrafında geniş müzakirələrə səbəb olub.

Qalib Salahzadənin oğlu barəsində həbs qətimkan tədbiri seçildi

2017-ci ildə sabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin adı “Azərsu” əməkdaşı ilə bağlı insidentdə hallanıb.

Mətbuatda yayılan məlumatlara görə, hadisə ilə əlaqədar ona hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi üzrə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə də məlumat yayılıb.

Sabiq deputat hadisə ilə bağlı açıqlama verərək öz mövqeyini bildirib.

Fəzail Ağamalının ailəsində partiya sədrliyi uğrunda qarşıdurma

2025-ci ilin oktyabrında Ana Vətən Partiyasının qurultayında sədr seçkisi ətrafında yaranan mübahisə sabiq deputat Fəzail Ağamalının ailəsini də gündəmə gətirib.

Partiyanın rəhbərliyi uğrunda mübarizədə onun oğlu Elçin Ağamalı və qızı, deputat Günay Ağamalının adları çəkilib. Mətbuatda yayılan məlumatlarda Fəzail Ağamalının qızının namizədliyini dəstəklədiyi, oğlunun namizədliyinə isə etiraz etdiyi bildirilib.

Qurultayda yaranan gərginlik partiyanın gələcək rəhbərliyi ilə bağlı müzakirələri daha da artırıb. Digər hadisələrdən fərqli olaraq, bu insident cinayət işi ilə deyil, ailədaxili siyasi mübahisə ilə bağlı olub.

Beləliklə, müxtəlif illərdə deputat övladlarının adı həm cinayət işi çərçivəsində araşdırılan hadisələrdə, həm də siyasi qarşıdurmalarda hallanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Çinin telefon istehsalçıları köhnə telefonların RAM yaddaşlarından istifadə edir

25.10.2026 12:19 Texnologiya

Alimlər: Günəşin məhvi gözləniləndən daha dramatik olacaq

25.10.2026 10:49 Dünya

Azərbaycan 9 ayda nə qədər tütün idxal edib?

25.10.2026 09:46 Cəmiyyət

Kapitalını ikiqat azaldan "Sumqayıt Tekstil"də yeni təyinat

25.10.2026 09:13 Cəmiyyət

Həyatın son 48 saatı:

25.10.2026 08:05 Cəmiyyət

Türkiyəli iş adamının dövlətə 100 min manat borcu olan şirkəti

24.10.2026 20:18 Cəmiyyət

Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı -

24.10.2026 19:57 Cəmiyyət

Ağdamım 2 kəndinə köç olacaq

24.10.2026 18:15 Cəmiyyət

Onların maaşına 50 faizədək əlavə veriləcək

24.10.2026 16:17 Cəmiyyət

“Kapital Bank”ın kassiri müştərilən pulunu belə mənimsəyirmiş -

24.10.2026 14:55 Gündəm

Türkiyə Yunanıstana çağırış etdi

24.10.2026 14:16 Dünya

Pirşağıda suiti cəsədləri aşkarlanıb -

24.10.2026 13:21 Hadisə

İnci Mütəllimzadədən Türk-Azərbaycan dostluğuna həsr olunan

24.10.2026 13:00 Multimedia

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi

24.10.2026 11:43 Cəmiyyət

Məhkəmə “Kontakt Home”un müştəridən telefona görə tələb etdiyi pulu 630 manat azaltdı

24.10.2026 11:10 İqtisadiyyat

Çağırışçılarla bağlı xəbərdarlıq:

24.10.2026 10:08 Cəmiyyət

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?

24.10.2026 09:54 Cəmiyyət

Tramp daha bir ölkədə hərbi əməliyyatı anons etdi

24.10.2026 08:59 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək