Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlü...
Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?
Cəmiyyət

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?

Xpress.az Redaksiyası 24.10.2026 09:54

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb.

Balıqçılıq və Akvakultura Mərkəzindən Modern.az-a cavab olaraq bildirib ki, hazırkı məlumatlar əsasında hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini təsdiqləmək mümkün deyil.
Mərkəzdən qeyd olunub ki, Xəzər dənizi vahid su hövzəsi olduğundan onun ekoloji vəziyyətində baş verən dəyişikliklər, o cümlədən suyun keyfiyyətinə, hidrometeoroloji şəraitə və su bioresurslarının yaşayış mühitinə təsir edən amillər bütün Xəzəryanı ölkələr üçün əhəmiyyət daşıyır.
Bununla belə, Qazaxıstan sahillərində qeydə alınan hadisənin Azərbaycanda analoji vəziyyətə səbəb olacağını və ya ölkəmizə birbaşa təsir göstərəcəyini demək üçün kifayət qədər məlumat yoxdur. Belə bir ehtimalın qiymətləndirilməsi üçün balıqların tələfat səbəbi, hadisənin başvermə şəraiti, suyun hidrokimyəvi göstəriciləri və digər elmi məlumatlar araşdırılmalıdır.
Məlumatlara görə, hadisə oktyabrın 20-də qeydə alınıb. Ölü balıqlar “Ömir glamping” istirahət zonası ərazisindən Pesaçnı burnu istiqamətinə və Kurık limanına qədər uzanan, təxminən 15 kilometr uzunluğunda sahil zolağında aşkarlanıb. Balıq cəsədlərinin müxtəlif parçalanma mərhələlərində olduğu bildirilib.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, balıq cəsədlərinin toplanması, daşınması və utilizasiyası istiqamətində tədbirlərə başlanılıb.
Qazaxıstanın müvafiq qurumlarının açıqlamalarına əsasən, balıqların uzun müddət əvvəl tələf olması və cəsədlərin təbii quruma mərhələsində olması səbəbindən histoloji və toksikoloji təhlillər üçün yumşaq toxuma nümunələri götürmək mümkün olmayıb. Bu səbəbdən ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.
Vizual müayinə zamanı balıqların bədənində balıqçılıq torlarının izləri və qarmaqla ovlanmaya xas dəliklər aşkarlanmayıb. Güclü qərb küləyinin balıq cəsədlərini sahilə çıxarmış ola biləcəyi də ehtimallar arasında göstərilib.
Qeyd edək ki, hadisənin səbəbi ilə bağlı yekun nəticə olmadığından balıqların tələfatını konkret amillə əlaqələndirmək hələlik mümkün deyil.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi

24.10.2026 11:43 Cəmiyyət

Məhkəmə “Kontakt Home”un müştəridən telefona görə tələb etdiyi pulu 630 manat azaltdı

24.10.2026 11:10 İqtisadiyyat

Çağırışçılarla bağlı xəbərdarlıq:

24.10.2026 10:08 Cəmiyyət

Tramp daha bir ölkədə hərbi əməliyyatı anons etdi

24.10.2026 08:59 Dünya

Qara dənizdə vurulan gəmidə azərbaycanlıların hamısı xilas edilib

23.10.2026 20:19 Hadisə

24 saatlıq reklam paylaşımından 700 min qazanır

23.10.2026 18:19 Şou-Biznes

AzTU 1,2 milyonluq kompüter və avadanlıq alır

23.10.2026 17:41 Cəmiyyət

Məhşur tikinti şirkəti dövlətə milyonlarla borcunun yarısını ödəməyə məcbur edildi

23.10.2026 16:59 İqtisadiyyat

“Express Bank”ın problemli kreditləri 86% artıb

23.10.2026 16:39 İqtisadiyyat

Hindistanın Bakıya dönüşü: Azərbaycanın yaratdığı regional reallıq -

23.10.2026 16:26 Siyasət

Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ

23.10.2026 16:12 Cəmiyyət

Fermerlərin NƏZƏRİNƏ!

23.10.2026 15:26 Cəmiyyət

Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi:

23.10.2026 15:22 Ana səhifə

"Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirən tunel

23.10.2026 14:19 Ana səhifə

Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub -

23.10.2026 13:40 Ana səhifə

Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış

23.10.2026 13:31 Cəmiyyət

DEEA tərəfidən yaşıllıq zonasının salınması üzrə ağacəkmə aksiyası keçirilib

23.10.2026 13:16 Gündəm

İbad Hüseynov Gürcüstanda

23.10.2026 12:29 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək