Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ
Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ
Cəmiyyət

Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ

Xpress.az Redaksiyası 23.10.2026 16:12

“Azərbaycanda Vətən müharibəsindən sonra hərbi xidmətlə bağlı yeni qanun layihəsi hazırlanmalı və mövcud qanunvericilik müasir tələblərə uyğunlaşdırılmalıdır”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, hazırda hərbi xidmətlə bağlı qanunvericiliyə mütəmadi olaraq əlavə və dəyişikliklər edilir. Onun fikrincə, mövcud dəyişikliklərlə kifayətlənmək əvəzinə, yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var.

Komitə sədrinin sözlərinə görə, yeni qanunvericilik hərbi xidmətin müasir tələblərə uyğun təşkilinə və mövcud normaların sistemli şəkildə yenilənməsinə imkan verə bilər.Deputat hərbi xidmət zamanı təhsil səviyyəsi və ixtisasların nəzərə alınması məsələsinə də toxunub. O bildirib ki, magistratura və doktorantura səviyyəsində əldə olunan bütün ixtisasların hərbi xidmətlə əlaqəsi eyni deyil.

S.Novruzovun sözlərinə görə, riyaziyyat, fizika, kimya və coğrafiya kimi sahələr orduda texnikadan istifadə və gələcək fəaliyyət istiqamətlərinin inkişafı baxımından əhəmiyyət daşıyır:

"Filologiya və yaxud da fəlsəfənin magistratura təhsilinin orduya nə aidiyyəti var? Fəlsəfə dərsi deyəcək orada? Və yaxud da filologiya üzrə magistratura oxuyan şeir oxuyacaq orada? Yəni riyaziyyatdır, fizikadır, kimyadır, coğrafiyadır, ayrı-ayrı sahələr var ki, bunlar orduda vacibdir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Məhşur tikinti şirkəti dövlətə milyonlarla borcunun yarısını ödəməyə məcbur edildi

23.10.2026 16:59 İqtisadiyyat

“Express Bank”ın problemli kreditləri 86% artıb

23.10.2026 16:39 İqtisadiyyat

Hindistanın Bakıya dönüşü: Azərbaycanın yaratdığı regional reallıq -

23.10.2026 16:26 Siyasət

Fermerlərin NƏZƏRİNƏ!

23.10.2026 15:26 Cəmiyyət

Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi:

23.10.2026 15:22 Ana səhifə

"Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirən tunel

23.10.2026 14:19 Ana səhifə

Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub -

23.10.2026 13:40 Ana səhifə

Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış

23.10.2026 13:31 Cəmiyyət

DEEA tərəfidən yaşıllıq zonasının salınması üzrə ağacəkmə aksiyası keçirilib

23.10.2026 13:16 Gündəm

İbad Hüseynov Gürcüstanda

23.10.2026 12:29 Cəmiyyət

Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? -

23.10.2026 12:15 Gündəm

Sabah bəzi yerlərdə yağış yağacaq

23.10.2026 12:15 Cəmiyyət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 12:09 Siyasət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -

23.10.2026 11:02 Cəmiyyət

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

23.10.2026 09:42 Cəmiyyət

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23.10.2026 09:33 Ana səhifə

"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir -

23.10.2026 08:32 Cəmiyyət

Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi

22.10.2026 20:15 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək