Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan və Özbəkistanın turizm imkanları Avropa...
Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub -
Ana səhifə

Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub - FOTO

Xpress.az Redaksiyası 23.10.2026 13:40

Oktyabrın 19-22-də Azərbaycan Turizm Bürosu (ATB) və Özbəkistanın Milli PR Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolunun inciləri 2026” (“Highlights of the Silk Road Roadshow 2026”) adlı tanıtım tədbirləri keçirilib.

Xpress.az xəbər verir ki, Almaniyanın Berlin və Münhen, İsveçin Stokholm və Finlandiyanın Helsinki şəhərlərində təşkil olunan tədbirlərdə Azərbaycan və Özbəkistanın ölkənin turizm imkanları, tarixi-mədəni irsi və birgə səyahət marşrutları Avropanın turizm sənayesi nümayəndələrinə təqdim edilib.

Proqram çərçivəsində hər şəhərdə  50 turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B formatlı işgüzar görüşlər keçirilib. Görüşlərdə turizm məhsulları təqdim olunub, bazar imkanları və Avropanın turizm şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin Azərbaycan və Özbəkistanın milli musiqi və rəqs nümunələrini əhatə edən mədəni proqram təşkil olunub.

Tədbirlərdə Azərbaycan və Özbəkistandan 15-ə yaxın turizm sənayesi tərəfdaşı, o cümlədən Azərbaycanı təmsil edən 6 turizm şirkəti (DMC) iştirak edib. Proqramda, həmçinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) Berlində, “Türk Hava Yolları” Berlin və Münhendə, “Uzbekistan Airways” və “Centrum Air” isə 4 şəhərin hər birində iştirak ediblər. Aviaşirkətlərin iştirakı iki ölkə üzrə səyahət marşrutlarının planlaşdırılması və hava əlaqələri barədə məlumat mübadiləsi baxımından əhəmiyyət daşıyıb.

Dörd Avropa şəhərini əhatə edən tanıtım tədbirləri Azərbaycanın və Özbəkistanın turizm məhsullarının beynəlxalq bazarlarda təşviqinə, yeni işgüzar əlaqələrin qurulmasına və İpək Yolu boyunca birgə səyahət imkanlarının tanıdılmasına xidmət edib.

Tanıtım tədbirləri ATB ilə Özbəkistanın Milli PR Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Əməkdaşlıq iki ölkənin vahid turizm brendi altında təşviqini və tarixi İpək Yolu boyunca bir-birini tamamlayan səyahət istiqamətləri kimi təqdim olunmasını nəzərdə tutur. Bu çərçivədə tarixi abidələr, ənənəvi sənətkarlıq, incəsənət və qeyri-maddi mədəni irs nümunələrini əhatə edən turizm marşrutlarının inkişafına diqqət yetirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ

23.10.2026 16:12 Cəmiyyət

Fermerlərin NƏZƏRİNƏ!

23.10.2026 15:26 Cəmiyyət

Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi:

23.10.2026 15:22 Ana səhifə

"Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirən tunel

23.10.2026 14:19 Ana səhifə

Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış

23.10.2026 13:31 Cəmiyyət

DEEA tərəfidən yaşıllıq zonasının salınması üzrə ağacəkmə aksiyası keçirilib

23.10.2026 13:16 Gündəm

İbad Hüseynov Gürcüstanda

23.10.2026 12:29 Cəmiyyət

Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? -

23.10.2026 12:15 Gündəm

Sabah bəzi yerlərdə yağış yağacaq

23.10.2026 12:15 Cəmiyyət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 12:09 Siyasət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -

23.10.2026 11:02 Cəmiyyət

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

23.10.2026 09:42 Cəmiyyət

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23.10.2026 09:33 Ana səhifə

"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir -

23.10.2026 08:32 Cəmiyyət

Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi

22.10.2026 20:15 Cəmiyyət

“Routes World 2026” forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması müzakirə olunur

22.10.2026 18:49 Ana səhifə

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı -

22.10.2026 17:48 Sağlamlıq

25 il əvvəl törədilən qətlin təfərrüatları məlum olub

22.10.2026 17:31 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək