“Express Bank”ın problemli kreditləri 86% artıb
Bu il oktyabrın 1-nə “Express Bank” ASC-nin 24,75 milyon manat vaxtı keçmiş krediti olub.
Bu barədə Yurd.Media-ya bankdan bildirilib.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 85,9% çoxdur.
Bu, Azərbaycan bankları arasında "Premium Bank"dan sonra ən kəskin artım göstəricisidir.
Qeyd edək ki, “Expressbank” Açıq Səhmdar Cəmiyyəti 1992-ci il iyunun 21-də “Azərnəqliyyatbank” Kommersiya Bankı kimi təsis edilib. 2010-cu ildə bank adını “Azərnəqliyyatbank” Açıq Səhmdar Kommersiya Bankından “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə dəyişib. Maliyyə qurumunun səhmdarları “Azenco Group”, “Enerqoservis” MMC, Hafiz Seyidov və Dövlət Avtomobil Nəqliyyatı Xidmətidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, audit hesabatına əsasən, 2023 və 2022-ci il tarixlərində səhmdarlardan heç biri ayrı-ayrılıqda banka nəzarət etməyib.