Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət İnsan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi...
İnsan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Cəmiyyət

İnsan Alverinə Qarşi Mübarizə Üzrə Qht Koalisiyasi Turizm sənayesi nümayəndələri üçün insan alverinə qarşı mübarizəyə dair təlim keçirib

Xpress.az Redaksiyası 30.10.2026 18:24

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesində insan alveri risklərinin müəyyənləşdirilməsi və belə hallara düzgün reaksiya verilməsi mövzusunda təlim keçirilib.
Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Emin Əsədov, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, eləcə də Koalisiyanın İdarə Heyətinin üzvləri Mahirə Əmirhüseynova və Ağamirzə Bağırov çıxış ediblər.


Tədbirin əsas məqsədi hotel və turizm şirkətlərinin əməkdaşlarının insan alverinin mümkün əlamətlərini tanımaq, riskli vəziyyətləri vaxtında müəyyən etmək və belə hallarda düzgün və təhlükəsiz davranmaq üzrə bilik və bacarıqlarını artırmaq olub.
Təlim çərçivəsində insan alverinin mahiyyəti, istismar formaları və bu sahədə mövcud hüquqi çərçivə barədə məlumat verilib. İnsan alveri qurbanlarının müəyyənləşdirilməsinə kömək edən göstəricilər, şəxslərin davranışında və vəziyyətində diqqət yetirilməli məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Proqram zamanı hotel və turizm müəssisələrinin gündəlik fəaliyyətində rast gəlinə biləcək nümunələr əsasında risklərin aşkarlanması məsələləri müzakirə olunub. Qonaqların qeydiyyatı, otaq xidməti, restoran, transfer və digər turizm xidmətlərinin təşkili zamanı müşahidə edilə biləcək şübhəli hallar, o cümlədən şəxsin sərbəst hərəkətinə maneələrin yaradılması, sənədlərinin başqa şəxs tərəfindən saxlanılması və istismar ehtimalını göstərən əlamətlər izah edilib.
İştirakçılara şübhəli vəziyyətlə qarşılaşdıqları zaman müstəqil araşdırma aparmamaq, ehtimal olunan qurbanı təhlükəyə atmamaq, qarşıdurmadan çəkinmək və məlumatı müvafiq qaydada aidiyyəti qurumlara çatdırmaq tövsiyə olunub. Eyni zamanda, uşaqlarla bağlı risk əlamətlərinin müəyyənləşdirilməsi və belə hallarda xüsusilə ehtiyatlı davranmağın vacibliyi vurğulanıb.
İnteraktiv formada keçirilən təlim zamanı turizm sənayesi nümayəndələrinin sualları cavablandırılıb.


Qeyd edək ki, turizm sənayesi əməkdaşlarının insan alveri riskləri barədə məlumatlılığının artırılması, bu halların vaxtında müəyyənləşdirilməsi və qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirləri İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 8.7.7-ci yarımbəndində nəzərdə tutulan tədbirlərin tərkib hissəsidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gəncə Regional Turizm Şurasının ilk iclası keçirilib -

30.10.2026 18:20 Ana səhifə

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Lənkəranda müzakirə olunub -

30.10.2026 17:04 Cəmiyyət

Prezident kənd təsərrüfatı işçilərini təltif edib -

30.10.2026 17:00 Cəmiyyət

Şəkər süfrəmizə necə gəlir? İmişli Şəkər Zavodunda istehsalın pərdəarxası – REPORTAJ -

30.10.2026 17:00 Cəmiyyət

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

30.10.2026 16:44 Sağlamlıq

“Yapı Kredi Bank Azərbaycan”da

30.10.2026 16:18 İqtisadiyyat

Sakinlərdən yığılan ev pulu ilə bağlı açıqlama

30.10.2026 15:59 Cəmiyyət

Leysan Məmmədov niyə işdən qovuldu? —

30.10.2026 15:42 Gündəm

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

30.10.2026 15:08 Cəmiyyət

Məktəb direktoru xadimənin attestatını

30.10.2026 14:55 Təhsil

Bu cərimənin məbləği

30.10.2026 14:30 İqtisadiyyat

Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb

30.10.2026 14:05 Hadisə

“Xaliq Faiqoğlu”nun böyük məbləğdə borcu yarandı

30.10.2026 13:33 Cəmiyyət

Hikmət Hacıyev:

30.10.2026 13:08 Gündəm

Spikerdən deputata İRAD:

30.10.2026 12:50 Gündəm

Şərab, opium və sonsuz gözəllik axtarışında kül olan istedad -

30.10.2026 12:31 Maraqlı

Peşə məktəblərində təhsil alanların

30.10.2026 11:40 Təhsil

Bakının bu kəndlərində də dəmiryolu stansiyaları yaradılacaq

30.10.2026 11:22 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək