Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakının bu kəndlərində də dəmiryolu stansiyaları y...
Bakının bu kəndlərində də dəmiryolu stansiyaları yaradılacaq
Cəmiyyət

Bakının bu kəndlərində də dəmiryolu stansiyaları yaradılacaq

Xpress.az Redaksiyası 30.10.2026 11:22

Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə stansiyaların yaradılması nəzərdə tutulur.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı - Hövsan dəmir yolu xəttinin bərpası ilə əlaqədar təşkil oluna mediatur zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Güzdək stansiyası Xırdalan–Sumqayıt xətti üzərində yerləşəcək.

Bəxtiyar Hacıyev bildirib ki, bərpa işlərindən sonra Bakıətrafı ərazilərdə stansiyaların sayının mövcud 15-dən 40-a çatdırılması nəzərdə tutulur.

O əlavə edib ki, artıq Yeni Suraxanı–Hövsan xəttində işlərə, o cümlədən hərəkətin təhlükəsizliyini təmin etmək üçün çəpərləməyə başlanılıb. Bərpası nəzərdə tutulan xətlər arasında ilk növbədə bu xəttin istifadəyə verilməsi planlaşdırılır.

"Yeni Suraxanı–Hövsan istiqamətində qatarlar Bakı Dəmiryol Vağzalından hərəkət edərək Bakıxanovdan keçəcək. Xətt Yeni Suraxanıdan sonra Hövsan MİDA yaşayış kompleksinin yerləşdiyi ərazi boyunca davam edərək Hövsan limanı ərazisinə çatacaq", - Bəxtiyar Hacıyev bildirib.

Zabrat–Maştağa–Bağlar istiqamətində hərəkət Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov və Zabrat-2 stansiyalarından keçməklə Maştağa və Bağlar ərazisinədək davam edəcək. Bakıxanov–Binə–Qala xətti isə Binə və Qala ərazilərini əhatə edəcək.

O əlavə edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində bütün işlərin 2030-cu ilədək tam yekunlaşdırılması nəzərdə tutulur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Xaliq Faiqoğlu”nun böyük məbləğdə borcu yarandı

30.10.2026 13:33 Cəmiyyət

Hikmət Hacıyev:

30.10.2026 13:08 Gündəm

Spikerdən deputata İRAD:

30.10.2026 12:50 Gündəm

Şərab, opium və sonsuz gözəllik axtarışında kül olan istedad -

30.10.2026 12:31 Maraqlı

Peşə məktəblərində təhsil alanların

30.10.2026 11:40 Təhsil

Maaşı istənilən bankdan almaq BU TARİXDƏN mümkün olacaq

30.10.2026 10:59 Cəmiyyət

Qaçaqmalçılıqda ittiham olunan vəzifəli şəxs azadlığa buraxıldı

30.10.2026 10:46 Gündəm

“Binance” kriptobirjasına kiberhücum -

30.10.2026 10:35 Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ -

30.10.2026 10:14 Cəmiyyət

Görkəmli anatom-alim, zabitəli pedaqoq, xeyirxah müəllim -

30.10.2026 09:52 Cəmiyyət

Vasif Talıbovun qardaşı oğlu yeni şirkət yaratdı

30.10.2026 09:11 Cəmiyyət

Borcu 140 min manatı aşan “Azumi Motors” 7 min manat cərimələndi

30.10.2026 08:11 Gündəm

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı - FOTO

30.10.2026 07:18 Cəmiyyət

Zaur Rzayev vəfat etdi

29.10.2026 19:11 Mədəniyyət

Böyük Britaniyadan gəlib İqtisadiyyat Nazirliyində işə başladı

29.10.2026 19:07 İqtisadiyyat

“Avropa Beynəlxalq Hospital”ın ölən pasienti ilə bağlı məhkəmə qərarı: Ailəyə təzminat ödəyəcək

29.10.2026 18:03 Cəmiyyət

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb -

29.10.2026 17:42 Təhsil

Ünvanlı sosial yardıma görə dava:

29.10.2026 17:10 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək