Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vasif Talıbovun qardaşı oğlu yeni şirkət yaratdı
Vasif Talıbovun qardaşı oğlu yeni şirkət yaratdı
Cəmiyyət

Vasif Talıbovun qardaşı oğlu yeni şirkət yaratdı

Xpress.az Redaksiyası 30.10.2026 09:11

Azərbaycanda “Ecomealz” MMC adlı yeni şirkət yaradılıb.

Xpress.az Ölkə.az-a istinadla xəbər verir ki, MMC Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abbas Fətullayev ev 64 m 5 ünvanında 10 manat kapitalla dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Samir Talıbovdur.

Samir Talıbovun Dubayda da eyniadlı şirkəti fəaliyyət göstərir və həmin şirkətin işi restoran və kafelərdə gün ərzində satılmayıb qalan təzə təamları “sürpriz paketlər” şəklində endirimlə istehlakçılara təklif etməkdir.

Qeyd edək ki, Samir Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun oğludur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək