Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Görkəmli anatom-alim, zabitəli pedaqoq, xeyirxah m...
Görkəmli anatom-alim, zabitəli pedaqoq, xeyirxah müəllim -
Cəmiyyət

Görkəmli anatom-alim, zabitəli pedaqoq, xeyirxah müəllim - Qasımov Şöhrət-80

Xpress.az Redaksiyası 30.10.2026 09:52

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, yarım əsrdən artıq bir müddətdə müəllim və tələbə kontingentinin hörmət və ehtiramını qazanan, tədris etdiyi fənnin vurğununa çevrilən şan-şöhrətli Qasımov Şöhrət İbrahim oğlunun gül ətirli həyat çələnginin 80 illik yubileyidir. Bu möhtəşəm yubileyin  əks-sədaları onun uzun illərdən bəri yetişdirib boya-başa çatdırdığı, dərin etimadlarını qazandığı, xeyir-dua verib həvəslə əsl sınaq meydanına – həyat məktəbinə yola saldığı istəkli  tələbələrinin timsalında dünyanın hər yerindən gəlir. Öz sənətinin virtuoz ifaçısı, fədakar təbliğatçısı, füsunkar memarı olan Şöhrət müəllimin pərəstişkarları ona dərin rəğbət hissləri bəsləyir, onun rəvan yollarını yeni şəfəqlərlə işıqlandırır, vətən naminə yerinə yetirdiyi mükəmməl işlərini eyni mükəmməlliklə həmahəng şəkildə davam etdirirlər.

Ş.İ.Qasımov 1946-cı il noyabrın 14-də Azərbaycanın laləzar guşələrindən olan Şəmkir rayonunun Muxtariyyə (İndiki - Qədim Qala) kəndində dünyaya göz açıb. O, orta məktəbi bitirdikdən sonra 1966-1972-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinin tələbəsi olub,  1971-1974-cü illərdə - hələ tələbə ikən indiki  Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb, 1972-ci ildə sözügedən ali təhsil ocağının Pediatriya fakültəsini bitirib və həmin ilin avqust ayının 28-də ATU-nun Elmi Şurasının qərarı ilə İnsan anatomiyası kafedrasında baş laborant kimi işə başlayıb, 1973-cü ildə kafedranın assistenti, 1978-ci ildə - baş müəllimi kimi fəaliyyət göstərib, 1993-cü ildə kafedranın dosenti seçilib və indiyə kimi böyük müvəffəqiyyətlə həmin vəzifədə çalışır. Görkəmli pedaqoq hazırda ATU-nun müxtəlif fakültələrində Azərbaycan bölməsində indiki 1-ci kurs tələbələrinə təcrübə məşğələləri keçir, nümunəvi mühazirələr oxuyur, bütün bunlarla yanaşı,  mütəmadi olaraq açıq təcrübə dərsləri və açıq mühazirələr aparır.

Şöhrət müəllim kafedrada uğurla yerinə yetirdiyi elmi-tədqiqat işlərinin müvəffəq nəticəsi kimi   1988-ci il sentyabrın 26-da Tbilisi Dövlət Tibb İnstitutunun Dissertasiya şurasında “ Müxtəlif yaş dövrlərində boyun kələfinin makromikroskopik anatomiyası və sitomieloarxitektonikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə, 1994-cü il yanvarın 19-da isə dosent elmi adına layiq görülüb.

İstedadlı və yüksək səviyyəli təşkilatçılıq bacarığına malik olan alim 1991-2022-ci illərdə ATU-nun indiki İnsan anatomiyası və tibbi terminologiya kafedrasında  kafedra müdirinin tədris işləri üzrə müavini vəzifəsini böyük uğurla, özünəməxsus fədakarlıqlarla yerinə yetirib.

Dosent Ş.İ.Qasımovun elmi-praktik yaradıcılığı, pedaqoji fəaliyyəti dolğun və zəngindir: belə ki, alim 150-dən çox çap olunmuş elmi və elmi-kütləvi əsərin, 15 dərsliyin, 14 tədris-metodiki vəsaitin müəllifi, eləcə də bütün türk dünyası miqyasında ilk dəfə olaraq işıq üzü görən “İnsan Anatomiyası Atlası” – adlı nadir kitabın həmmüəlliflərindəndir.

Şöhrət müəllimin yaradıcılıq fəaliyyətinin nəzərə çarpan vacib istiqamətlərindən biri də onun uzun illərdən bəri Azərbaycan Respublikasının  Dövlət İmtahan Mərkəzində İnsan anatomiyası fənni üzrə ekspert qismində müvəffəqiyyətlə çalışmasıdır. O, bu istiqamətdə imtahan-test suallarının hazırlanmasında, müxtəlif proqramların tərtibində, tələbələrin sərbəst işlərinin qiymətləndirilməsində, məsləhət saatları zamanı onların suallarının diqqətli və dəqiq cavablandırılmasında yaxndan iştirak edərək tələbələrə əlverişli şərait yaradır, bu növ yanaşmalarla tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına layiqli töhfələr verir. Dosent Ş.İ.Qasımovun tələbələrlə apardığı iş üslubu, onlarınTələbə Elmi Cəmiyyəti xətti ilə tələbə elmi araşdırmalarına cəlb olunmalarının təşkili, həmçinin, tələbələrin işgüzarlıqla maarifləndirilmələri də sözsüz ki,  təqdirəlayiq amillərdəndir.

Şöhrət müəllim, eyni zamanda, yüksək səviyyəli mədəniyyətə, səmimiyyətə, işgüzarlığa, özünəməxsus sadəliyə və təvazökarlığa malik əsl Azərbaycan ziyalısı, qürurlu və mətin  Azərbaycan vətəndaşı kimi də tanınır. O, nüfuzlu bir şəxsiyyət olaraq həm elmi, həm də insani keyfiyyətlərin harmoniyasını özündə cəm edir, vahid  inteqrasiya sisteminin mütəşəkkilliyinə əlverişli zəmin yaradır.

Kafedramızın gur işığının nur çırağına çevrilən, onun xoşbəxt gələcəyinə, rəvan yollarına tuşlanan rəşadətli  Şöhrət müəllimi 80 illik şərəfli və şöhrətli yubileyi münasibətilə səmimiyyətlə təbrik edir, ona nümunəvi ailəsi ilə birlikdə möhkəm cansağlığı diləyir,  gələcək işlərinin də mükəmməl icrasında yeni nailiyyətlər, yeni müvəffəqiyyətlər arzulayıram.

Mübariz Allahverdiyev

ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Birinci Qarabağ müharibəsi Veteranı, Əməkdar müəllim,  “Qızıl Qələm” mükafatı və SSRİ “Sosializm yarışının Qalibi” Döş Nişanı  laureatı, Respublika Jurnalistlər Birliyinin üzvü   

    

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Xaliq Faiqoğlu”nun böyük məbləğdə borcu yarandı

30.10.2026 13:33 Cəmiyyət

Hikmət Hacıyev:

30.10.2026 13:08 Gündəm

Spikerdən deputata İRAD:

30.10.2026 12:50 Gündəm

Şərab, opium və sonsuz gözəllik axtarışında kül olan istedad -

30.10.2026 12:31 Maraqlı

Peşə məktəblərində təhsil alanların

30.10.2026 11:40 Təhsil

Bakının bu kəndlərində də dəmiryolu stansiyaları yaradılacaq

30.10.2026 11:22 Cəmiyyət

Maaşı istənilən bankdan almaq BU TARİXDƏN mümkün olacaq

30.10.2026 10:59 Cəmiyyət

Qaçaqmalçılıqda ittiham olunan vəzifəli şəxs azadlığa buraxıldı

30.10.2026 10:46 Gündəm

“Binance” kriptobirjasına kiberhücum -

30.10.2026 10:35 Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ -

30.10.2026 10:14 Cəmiyyət

Vasif Talıbovun qardaşı oğlu yeni şirkət yaratdı

30.10.2026 09:11 Cəmiyyət

Borcu 140 min manatı aşan “Azumi Motors” 7 min manat cərimələndi

30.10.2026 08:11 Gündəm

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı - FOTO

30.10.2026 07:18 Cəmiyyət

Zaur Rzayev vəfat etdi

29.10.2026 19:11 Mədəniyyət

Böyük Britaniyadan gəlib İqtisadiyyat Nazirliyində işə başladı

29.10.2026 19:07 İqtisadiyyat

“Avropa Beynəlxalq Hospital”ın ölən pasienti ilə bağlı məhkəmə qərarı: Ailəyə təzminat ödəyəcək

29.10.2026 18:03 Cəmiyyət

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb -

29.10.2026 17:42 Təhsil

Ünvanlı sosial yardıma görə dava:

29.10.2026 17:10 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək