Cəmiyyət
Maaşı istənilən bankdan almaq BU TARİXDƏN mümkün olacaq
Xpress.az Redaksiyası
30.10.2026 10:59
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.
Bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.
O, Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bu barədə məlumat verdiyini açıqlayıb.
“Bu, həm istehlakçı hüquqlarını qoruyacaq, həm də bazarda rəqabəti artıraraq faizlərin də enməsinə səbəb ola bilər”, - deyə Əkrəm Həsənov qeyd edib.