Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam ol...
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Gündəm

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

Xpress.az Redaksiyası 27.10.2026 09:51

"Global Media" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 12 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda "Report"un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

"Report" agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda "Report"un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri və Balkan ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

"Report" daim beynəlxalq əlaqələrini genişləndirir. Belə ki, agentlik Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi, Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir. İlk illərdə məktəbə tələbə qəbulu yalnız Azərbaycan dilində aparılsa da, hazırda həm də rus dilində aparılır. Bu günədək 21 qrup media məktəbinin məzunu olub. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

"Report" mütəmadi olaraq irimiqyaslı beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Agentlik həmçinin sosial mediada da geniş auditoriya toplayıb. Hazırda "Report"un bütün əsas platformalarda rəsmi səhifələri fəaliyyət göstərir.

Son illər "Report" İnformasiya Agentliyi həmçinin sənədli film istehsalında da öz sözünü deməkdədir. Agentliyin ərsəyə gətirdiyi "Parabüzən", "Xocalı. Son toy..." və "Vətən daşı" sənədli filmləri tamaşaçılar arasında xüsusi rəğbət qazanıb.

İdarəetmənin beynəlxalq standartlara cavab verməsi agentliyin prioritetlərindəndir. Bu baxımdan "Report" İnformasiya Agentliyinin ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarını alması buna nümunədir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakı-Şımkənd birbaşa uçuşları turizm əməkdaşlığında

27.10.2026 12:26 Turizm

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

27.10.2026 12:25 Gündəm

Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək

27.10.2026 12:02 Siyasət

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

27.10.2026 10:15 Turizm

Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bakının ruhu ilə birləşdirməyə çalışmışıq

27.10.2026 09:23 Mədəniyyət

Bu yollar təmirə bağlanır -

27.10.2026 09:08 Cəmiyyət

Öz yazarını seç

27.10.2026 07:59 Mədəniyyət

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -

26.10.2026 18:35 Ana səhifə

Dövlət qurumları hərəkətə keçdi, saytlar bağlandı

26.10.2026 17:51 Cəmiyyət

Keçmiş icra başçısı əməliyyat zamanı öldü

26.10.2026 17:17 Gündəm

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirildi

26.10.2026 17:04 Gündəm

Naxçıvanda duz ehtiyatı tükənib? -

26.10.2026 16:43 Cəmiyyət

“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə

26.10.2026 16:21 İqtisadiyyat

"Yukatel Denizli Basket" Avropada Azərbaycan Səfərinə Çıxır

26.10.2026 16:09 İdman

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

26.10.2026 15:57 Cəmiyyət

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

26.10.2026 15:41 Siyasət

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

26.10.2026 15:12 Siyasət

"Pashapay”dən çıxdı, "Paşa Sığorta"da vəzifəyə getdi

26.10.2026 14:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək