Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətin...
Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
Siyasət

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

Xpress.az Redaksiyası 26.10.2026 15:12

Ermənistan gerçəkliyə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq deyil, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında mövcud olmalıdır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

H.Hacıyev vurğulayıb ki, Bakı və İrəvan sülh gündəliyini razılaşdırıblar. Prezidentin köməkçisinin vurğulayıb ki, lakin Ermənistan tərəfdən səslənən son narrativlər iki tərəfin fərqlənə biləcəyini nümayiş etdirib.

"Biz hələ də erməni cəmiyyətində revanşizm təzahürlərindən narahatıq. Eyni zamanda görürük ki, Ermənistanın hazırkı rəhbərliyi "Real Ermənistan" konsepsiyasını təşviq edir. Biz bunu nəzərə alırıq və hesab edirik ki, Ermənistan həqiqətə uyğun gəlməyən müəyyən tarixi şərhlərə əsaslanaraq yox, özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olmalıdır", - o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan erməni cəmiyyətində Azərbaycan xalqından üzr istəyəcək insanların tapılacağını gözləyir:

"Sülhə dair ilkin razılaşmalar artıq əldə edilib. Lakin mən əminəm ki, hər bir azərbaycanlı, xüsusən də öz torpağından qovulmuş, 30 il qaçqın və ya məcburi köçkün kimi yaşamış, etnik təmizləməyə məruz qalmış şəxs Ermənistan tərəfindən üzr gözləyir. Şübhəsiz ki, bu, Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülh quruculuğu üzrə geniş prosesin bir hissəsi olmalıdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Amazonun gizli sakinləri:

28.10.2026 14:50 Dünya

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28.10.2026 14:38 Cəmiyyət

Bu hərəkəti edən müdirlər 5 min manat cərimələnə bilərlər

28.10.2026 14:02 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artacaq

28.10.2026 13:55 Cəmiyyət

İspaniyada sürət qatarları toqquşub,

28.10.2026 13:36 Dünya

Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq

28.10.2026 13:33 Media

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

28.10.2026 12:24 Gündəm

Sabah Bakıda yağış yağacaq -

28.10.2026 12:21 Cəmiyyət

Azərbaycanın dövlət borcu azalıb

28.10.2026 12:16 İqtisadiyyat

Bakıda yeni velosiped zolaqları

28.10.2026 11:22 Cəmiyyət

Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsinə başlanılıb

28.10.2026 11:11 Təhsil

Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub

28.10.2026 11:08 Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28.10.2026 10:59 Təhsil

İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanladı

28.10.2026 10:44 Gündəm

17 il işə getmədən maaş aldı

28.10.2026 10:22 Maraqlı

Daha bir ölkə "Avroviziya-2027"dən imtina etdi

28.10.2026 10:10 Mədəniyyət

Ramiz Mehdiyevin hansı əmlakları müsadirə edilib? -

28.10.2026 10:01 Cəmiyyət

Dollar alıb-satanlara xəbərdarlıq:

28.10.2026 09:56 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək