Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda yeni velosiped zolaqları
Bakıda yeni velosiped zolaqları
Cəmiyyət

Bakıda yeni velosiped zolaqları SALINACAQ

Xpress.az Redaksiyası 28.10.2026 11:22

Bakıda mikromobillik zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb. 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində mikromobillik infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. 
 
Qeyd edilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. 2026-cı ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata keçirilən səfərlərin 19,7%-i mikromobillik vasitələrinin payına düşür. Ötən ilin eyni dövründə bu rəqəm 12% təşkil edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək