Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Dünyanın ən yaraşıqlı kişisi seçildi
Dünyanın ən yaraşıqlı kişisi seçildi
Mədəniyyət

Dünyanın ən yaraşıqlı kişisi seçildi

Xpress.az Redaksiyası 28.10.2026 09:37

Amerikalı aktyor, "Xəstəxana Pitt" serialının ulduzu Noa Uayli "People" jurnalının versiyasına görə dünyanın cazibədar və yaraşıqlı kişisi seçilib.

Bu barədə jurnalın rəsmi saytında məlumat verilib.

Aktyor dünyanın ən seksual kişisi seçildiyini öyrənəndə təəccübünü gizlədə bilməyib.

"Mən bunun hansısa zarafat olduğunu düşündüm. Həyatımda heç vaxt belə bir şərəfə layiq görüləcəyimi ağlıma gətirməzdim", - deyə 55 yaşlı aktyor bildirib.

Noa Uayli nüfuzlu "Emmi" və "Qızıl Qlobus" mükafatlarının laureatıdır.

Qeyd edək ki, "İlin ən seksual kişisi" nominasiyası 1985-ci ildən təqdim olunur. Bu titulun ilk sahibi amerikalı aktyor Mel Gibson olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək