Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bak...
Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bakının ruhu ilə birləşdirməyə çalışmışıq
Mədəniyyət

Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bakının ruhu ilə birləşdirməyə çalışmışıq

Xpress.az Redaksiyası 27.10.2026 09:23

Oktyabrın 24-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında səhnələşdirdiyim “Pullu komediya” tamaşasının premyerası keçirildi. Bu tamaşa üzərində işləmək mənim üçün həm maraqlı yaradıcılıq təcrübəsi, həm də klassik komediya ilə doğma mühitimizi, insanlarımızın xarakterini və münasibətlərini bir araya gətirmək imkanı oldu.

Əsəri səhnəyə hazırlayarkən əsas məqsədim pyesin komik ruhunu qorumaqla yanaşı, hadisələri Azərbaycan tamaşaçısına daha yaxın, daha doğma formada təqdim etmək idi. İstəyirdim ki, tamaşaçı səhnədə baş verənlərə sadəcə baxıb gülməsin, eyni zamanda özündən, ətrafındakı insanlardan, həyatımızda rastlaşdığımız qəribə və bəzən də gülünc vəziyyətlərdən nələrsə tapsın.

“Pullu komediya” ilk növbədə sevgi, pul, ailə münasibətləri və insan arzuları haqqında əyləncəli bir hekayədir. Bəzən varlanmaq, bəzən xoşbəxt olmaq, bəzən də həyatda istədiyinə çatmaq arzusu insanı elə vəziyyətlərə salır ki, özü də necə bu qarışıqlığın içinə düşdüyünü anlamır. Tamaşanın qəhrəmanları da məhz belə gözlənilməz hadisələrin içində qalırlar. Hadisələr bir-birini elə sürətlə əvəz edir ki, tamaşaçı növbəti anda nə baş verəcəyini təxmin etməkdə çətinlik çəkir.

Mənim üçün bu tamaşanın xüsusi cəhətlərindən biri də hadisələrin Bakı mühitində cərəyan etməsidir. Sabun fabriki sahibinin ətrafında baş verən əhvalatlar, obrazların istəkləri, münasibətləri və düşdükləri komik vəziyyətlər əsərə özünəməxsus rəng qatır. İstəyirdim ki, klassik komediyanın enerjisi qorunsun, eyni zamanda tamaşaçının özünə doğma bildiyi bir atmosfer yaransın.

Tamaşanın uğurunda yaradıcı heyətin böyük rolu var. Quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımovla əməkdaşlığımızı xüsusi qeyd etmək istəyirəm. Onun hadisələrə baxışı, komik situasiyaları səhnədə qurmaq bacarığı və aktyorlarla iş üslubu mətnin imkanlarını daha da genişləndirdi. Bir müəllif kimi mətnin səhnədə yeni nəfəs almasını, obrazların canlı və inandırıcı şəkildə tamaşaçı qarşısına çıxmasını görmək mənim üçün çox önəmlidir.

Quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqraf Emil Əzizov və tamaşanın ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyət bu işə öz töhfəsini verib. Səhnədə gördüyümüz nəticə yalnız müəllif mətnindən deyil, həmin mətnin ətrafında birləşən insanların ümumi yaradıcılıq enerjisindən doğur.


Aktyorlarımızın ifası da tamaşanın rəngarəngliyini artırır. Hər bir ifaçı öz obrazına fərqli çalar gətirir, komik vəziyyətlərə öz münasibətini əlavə edir. Məşqlər zamanı yaranan yaradıcı axtarışlar və maraqlı tapıntılar da səhnə əsərinin formalaşmasında mühüm rol oynayıb.

Düşünürəm ki, komediyanın ən gözəl xüsusiyyəti insanı bir müddət gündəlik qayğılarından uzaqlaşdırması, ona özünə və həyata bir qədər fərqli baxmaq imkanı verməsidir. Gülüş bəzən ən ciddi söhbətlərdən daha təsirli olur. Çünki insan öz səhvlərinə, arzularına və qəribəliklərinə gülməyi bacaranda həyata da daha yüngül nəzərlərlə baxır.

Ümid edirəm ki, “Pullu komediya” tamaşaçılara xoş ovqat bəxş edəcək, onları güldürəcək və teatr salonundan xoş təəssüratlarla ayrılmalarına səbəb olacaq. Mənim üçün müəllif kimi ən böyük sevinc yazdığın mətnin səhnədə yaşaması və tamaşaçı ilə öz dilində danışmasıdır. İstəyim budur ki, “Pullu komediya” da məhz belə bir tamaşa olsun: səmimi, dinamik, doğma və bol gülüşlü.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakı-Şımkənd birbaşa uçuşları turizm əməkdaşlığında

27.10.2026 12:26 Turizm

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

27.10.2026 12:25 Gündəm

Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək

27.10.2026 12:02 Siyasət

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

27.10.2026 10:15 Turizm

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

27.10.2026 09:51 Gündəm

Bu yollar təmirə bağlanır -

27.10.2026 09:08 Cəmiyyət

Öz yazarını seç

27.10.2026 07:59 Mədəniyyət

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -

26.10.2026 18:35 Ana səhifə

Dövlət qurumları hərəkətə keçdi, saytlar bağlandı

26.10.2026 17:51 Cəmiyyət

Keçmiş icra başçısı əməliyyat zamanı öldü

26.10.2026 17:17 Gündəm

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirildi

26.10.2026 17:04 Gündəm

Naxçıvanda duz ehtiyatı tükənib? -

26.10.2026 16:43 Cəmiyyət

“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə

26.10.2026 16:21 İqtisadiyyat

"Yukatel Denizli Basket" Avropada Azərbaycan Səfərinə Çıxır

26.10.2026 16:09 İdman

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

26.10.2026 15:57 Cəmiyyət

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

26.10.2026 15:41 Siyasət

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

26.10.2026 15:12 Siyasət

"Pashapay”dən çıxdı, "Paşa Sığorta"da vəzifəyə getdi

26.10.2026 14:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək