Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə...
“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə
İqtisadiyyat

“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə MƏHKƏMƏDƏ

Xpress.az Redaksiyası 26.10.2026 16:21

“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) Abşeron rayonunda müştərilərini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank Abşeron Rayon Məhkəməsinə müraciət edərək müştərisindən 12328 manat əsas, 1486 manat faiz, 70 manat cərimə borcu olmaqla, cəmi 13884 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 132 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddia ərizəsinə görə, bankla cavabdeh arasında bağlanmış 2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26.50 faiz ödəmək şərti ilə 15500 manat məbləğində kredit verilib. 

Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. 

Məhkəmə iddia tələbini təmin edib. 

Bundan başqa, sözügedən bank daha bir müştərisinə qarşı kredit borcunun ödənilməsi barədə iddia qaldırıb. 

İddia tələbindən cavabdehdən 2946 manat əsas borc, 78 manat faiz borcu, dövlət rüsumu olaraq ödənilmiş 51 manat məbləğində vəsaitin tutulması istənilib. 

Məhkəmə bu iddia tələbini də təmin edib. 

Ümumilikdə “Unibank" bu ilin sentyabr və oktyabr ayları ərzində Abşeron Rayon Məhkəməsində 10-dan çox vətəndaşa qarşı pul tələbinə dair iddialar qaldırıb.

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin 9 ayının nəticəsinə görə bankda vaxtı keçmiş kreditlərin həcmi 55,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında 6-dır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər , Səbail və Nizami rayonlarında, həmçinin İsmayıllı, Ağdam,  Şəmkir , Gədəbəy, Siyəzən və İmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakı-Şımkənd birbaşa uçuşları turizm əməkdaşlığında

27.10.2026 12:26 Turizm

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

27.10.2026 12:25 Gündəm

Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək

27.10.2026 12:02 Siyasət

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

27.10.2026 10:15 Turizm

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

27.10.2026 09:51 Gündəm

Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bakının ruhu ilə birləşdirməyə çalışmışıq

27.10.2026 09:23 Mədəniyyət

Bu yollar təmirə bağlanır -

27.10.2026 09:08 Cəmiyyət

Öz yazarını seç

27.10.2026 07:59 Mədəniyyət

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -

26.10.2026 18:35 Ana səhifə

Dövlət qurumları hərəkətə keçdi, saytlar bağlandı

26.10.2026 17:51 Cəmiyyət

Keçmiş icra başçısı əməliyyat zamanı öldü

26.10.2026 17:17 Gündəm

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirildi

26.10.2026 17:04 Gündəm

Naxçıvanda duz ehtiyatı tükənib? -

26.10.2026 16:43 Cəmiyyət

"Yukatel Denizli Basket" Avropada Azərbaycan Səfərinə Çıxır

26.10.2026 16:09 İdman

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

26.10.2026 15:57 Cəmiyyət

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

26.10.2026 15:41 Siyasət

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

26.10.2026 15:12 Siyasət

"Pashapay”dən çıxdı, "Paşa Sığorta"da vəzifəyə getdi

26.10.2026 14:47 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək