Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm Azərbaycanda bu məkanda əcnəbilərin sayı yerlilərd...
Azərbaycanda bu məkanda əcnəbilərin sayı yerlilərdən
Turizm

Azərbaycanda bu məkanda əcnəbilərin sayı yerlilərdən 11 dəfə çoxdur - FOTO

Xpress.az Redaksiyası 24.10.2026 09:02

2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin tabeliyindəki turizm obyektlərini 510 215 nəfər bilet alaraq ziyarət edib.

Xpress.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu turistlərdən 142 436 nəfəri yerli, 367 779 nəfəri isə xarici turist olub. Həmin dövrdə 103 087 nəfər turizm obyektlərini ödənişsiz ziyarət edib.

Biletli ziyarətçilərin sayına görə ilk yerdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu qərarlaşıb. Qoruğu ziyarət edən 147 384 nəfərin 16 033-ü yerli, 131 351-i xarici turist olub. Əlavə olaraq, 11 493 nəfər qoruğa ödənişsiz daxil olub.

İkinci yerdə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundakı Xan sarayı yer alıb. Sarayı bilet alaraq ziyarət edən 128 487 turistdən 72 309-u yerli, 56 178-i xarici vətəndaş olub. Ödənişsiz ziyarətçilərin sayı isə 42 050 nəfər təşkil edib.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu 124 563 biletli ziyarətçi ilə üçüncü olub. Onların 12 202-si yerli, 112 361-i xarici turistdir. Məbədi 11 014 nəfər ödənişsiz ziyarət edib. Beləliklə, əcnəbi turistlər ziyarətçi sayına görə yerli turistləri 10 dəfəyə yaxın üstələyir.

Dördüncü yerdə qərarlaşan “Kiş” Tarix-Memarlıq Qoruğunu — Kiş Alban məbədini 40 278 nəfər bilet alaraq ziyarət edib. Onlardan 21 615-i yerli, 18 663-ü xarici turist olub. Daha 9 066 nəfər məbədi ödənişsiz ziyarət edib.

İlk beşliyi Palçıq Vulkanları Turizm Kompleksi tamamlayıb. Kompleksə bilet alan 36 488 nəfərin 2 908-i yerli, 33 580-i xarici turist olub. Ödənişsiz ziyarətçilərin sayı 814 nəfər təşkil edib. Burada isə ziyarətçi əcnəbilərin sayı yerli sakinlərdən 11 dəfə çoxdur.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin idarəetməsində doqquz qoruq və bir turizm kompleksi fəaliyyət göstərir. Əlilliyi olan şəxslər, azyaşlı uşaqlar, məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri, həmçinin xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqları üçün bu qoruq və mədəniyyət müəssisələrinə giriş ödənişsizdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bakı-Şımkənd birbaşa uçuşları turizm əməkdaşlığında

27.10.2026 12:26 Turizm

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

27.10.2026 12:25 Gündəm

Diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək

27.10.2026 12:02 Siyasət

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

27.10.2026 10:15 Turizm

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur

27.10.2026 09:51 Gündəm

Xanım Aydın: “Pullu komediya”da klassik yumoru Bakının ruhu ilə birləşdirməyə çalışmışıq

27.10.2026 09:23 Mədəniyyət

Bu yollar təmirə bağlanır -

27.10.2026 09:08 Cəmiyyət

Öz yazarını seç

27.10.2026 07:59 Mədəniyyət

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib -

26.10.2026 18:35 Ana səhifə

Dövlət qurumları hərəkətə keçdi, saytlar bağlandı

26.10.2026 17:51 Cəmiyyət

Keçmiş icra başçısı əməliyyat zamanı öldü

26.10.2026 17:17 Gündəm

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirildi

26.10.2026 17:04 Gündəm

Naxçıvanda duz ehtiyatı tükənib? -

26.10.2026 16:43 Cəmiyyət

“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə

26.10.2026 16:21 İqtisadiyyat

"Yukatel Denizli Basket" Avropada Azərbaycan Səfərinə Çıxır

26.10.2026 16:09 İdman

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

26.10.2026 15:57 Cəmiyyət

Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir

26.10.2026 15:41 Siyasət

Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir

26.10.2026 15:12 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək