Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Peşə məktəblərində təhsil alanların
Peşə məktəblərində təhsil alanların
Təhsil

Peşə məktəblərində təhsil alanların NƏZƏRİNƏ - Təqaüdlə bağlı YENİLİK

Xpress.az Redaksiyası 30.10.2026 11:40

Dövlət tərəfindən yaradılan peşə təhsili müəssisələrində Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyət qaydaları müəyyənləşib.

Yeni qaydalara əsasən, cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla, dövlət peşə təhsili müəssisələrinin Pedaqoji Şurası ali idarəetmə orqanı hesab olunur.

Şura ictimai əsaslarla fəaliyyət göstərir və işini aşkarlıq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

Şuranın əsas vəzifələri nələrdir?

Pedaqoji Şura müəssisədə təhsil prosesinin təşkili və inkişafı, təhsilin keyfiyyətinin artırılması, təhlükəsiz və inklüziv təhsil mühitinin yaradılması, eləcə də təhsilalanların və müəllimlərin həvəsləndirilməsi ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

Şura, həmçinin işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, müasir tədris üsullarının və istehsalat yeniliklərinin tətbiqi, müəssisənin maddi-texniki bazasının gücləndirilməsi və maliyyə-təsərrüfat məsələləri ilə bağlı təklifləri nəzərdən keçirir. Bundan başqa, tam orta təhsil üzrə buraxılış imtahanlarının və buraxılış imtahanı keçirilməyən fənlər üzrə illik qiymətləndirmələrin nəticələri müzakirə olunur. Təhsilalanların nəticələrinin yaxşılaşdırılması üçün tədbirlər müəyyən edilir.

Şura müəssisənin nizamnaməsinə dəyişiklik edilməsi, ödənişli təhsil üzrə təhsil haqları və büdcədənkənar vəsait hesabına təqaüdlərin təsis edilməsi ilə bağlı da təkliflər verə bilər.

Şuranın tərkibinə müəssisənin direktoru, direktor müavinləri, filial müdiri (olduğu halda), ümumtəhsil fənləri üzrə tədris hissə müdiri, baş usta, kitabxanaçı, korpus rəhbəri və istehsalat üzrə menecer (olduğu halda), eləcə də qanunvericilikdə nəzərdə tutulan təhsilverənlər daxil edilir.

Şuraya müəssisənin direktoru rəhbərlik edir, tədris və təlim işləri üzrə direktor müavini isə sədr müavini olur. Şuranın tərkibi hər tədris ilinin əvvəlində direktorun əmri ilə təsdiqlənir. İclaslara təhsilalanlar, valideynlər, işəgötürənlər, əmək bazarının nümayəndələri, ekspertlər və müzakirə olunan məsələlərlə bağlı digər şəxslər də dəvət oluna bilərlər.

Qaydalara əsasən, Pedaqoji Şuranın iclasları tədris ili ərzində azı dörd dəfə keçirilməlidir. İclasın səlahiyyətli sayılması üçün üzvlərin ən azı üçdə ikisinin iştirakı tələb olunur.

Qərarlar iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

Növbədənkənar iclas sədrin təşəbbüsü və ya Şura üzvlərinin ən azı üçdə birinin yazılı müraciəti əsasında çağırıla bilər. İclasın gündəliyi və müvafiq materiallar üzvlərə ən azı üç iş günü əvvəl göndərilməlidir.
 

Şuranın qərarları protokolla rəsmiləşdirilir və müəssisənin direktoru tərəfindən təsdiqlənir. Qərarlar iclasdan sonra ən geci üç iş günü ərzində üzvlərə göndərilir.

Pedaqoji Şuranın qərarlarının icrası müəssisə və onun rəhbəri üçün məcburidir. Təhsil prosesinin iştirakçılarının hüquq və vəzifələrinə aid olan, qanunvericiliklə açıqlanması məhdudlaşdırılmayan qərarlar müəssisənin rəsmi internet saytında və ya digər vasitələrlə elan edilir.

Prosedur pozuntusu ilə qəbul edilən və ya qanunvericiliyə zidd olan qərarlar müəssisənin tabe olduğu dövlət orqanı tərəfindən ləğv edilə bilər. Şuranın qərarlarından inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət vermək mümkündür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Xaliq Faiqoğlu”nun böyük məbləğdə borcu yarandı

30.10.2026 13:33 Cəmiyyət

Hikmət Hacıyev:

30.10.2026 13:08 Gündəm

Spikerdən deputata İRAD:

30.10.2026 12:50 Gündəm

Şərab, opium və sonsuz gözəllik axtarışında kül olan istedad -

30.10.2026 12:31 Maraqlı

Bakının bu kəndlərində də dəmiryolu stansiyaları yaradılacaq

30.10.2026 11:22 Cəmiyyət

Maaşı istənilən bankdan almaq BU TARİXDƏN mümkün olacaq

30.10.2026 10:59 Cəmiyyət

Qaçaqmalçılıqda ittiham olunan vəzifəli şəxs azadlığa buraxıldı

30.10.2026 10:46 Gündəm

“Binance” kriptobirjasına kiberhücum -

30.10.2026 10:35 Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ -

30.10.2026 10:14 Cəmiyyət

Görkəmli anatom-alim, zabitəli pedaqoq, xeyirxah müəllim -

30.10.2026 09:52 Cəmiyyət

Vasif Talıbovun qardaşı oğlu yeni şirkət yaratdı

30.10.2026 09:11 Cəmiyyət

Borcu 140 min manatı aşan “Azumi Motors” 7 min manat cərimələndi

30.10.2026 08:11 Gündəm

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı - FOTO

30.10.2026 07:18 Cəmiyyət

Zaur Rzayev vəfat etdi

29.10.2026 19:11 Mədəniyyət

Böyük Britaniyadan gəlib İqtisadiyyat Nazirliyində işə başladı

29.10.2026 19:07 İqtisadiyyat

“Avropa Beynəlxalq Hospital”ın ölən pasienti ilə bağlı məhkəmə qərarı: Ailəyə təzminat ödəyəcək

29.10.2026 18:03 Cəmiyyət

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb -

29.10.2026 17:42 Təhsil

Ünvanlı sosial yardıma görə dava:

29.10.2026 17:10 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək